izmirdə salınan Azərbaycan Parkı 2018-ci ildə istifadəyə veriləcək.
Bu sözləri izmir Böyükşəhər Bələdiyyəsinin sədr müavini Sırrı Aydoğan Azərbaycanın Türkiyədəki səfiri Xəzər ibrahim ilə görüşdə səsləndirib.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasından bəhs olunub. Qeyd edilib ki, hələ keçmiş SSRi dövründə Bakı və izmir qardaşlaşmış şəhərlər olublar. Diqqətə çatdırılıb ki, Azərbaycanın Türkiyəyə sərmayə yatırımının əsas hissəsi izmiri əhatə edir. Qeyd olunub ki, hazırda bölgə iqtisadiyyatında xüsusi canlanma yaradan PETKiM, PETLiM və STAR layihələri yaxın gələcəkdə Türkiyənin iqtisadi inkişafında sıçrayış yaradacaq. Bildirilib ki, son illər Azərbaycan və Türkiyənin birgə əldə etdikləri uğurlar və perspektivdə olan çoxsaylı digər beynəlxalq iqtisadi layihələr ümummilli lider Heydər əliyevin möhkəm təməl üzərində formalaşdırdığı inkişaf strategiyasının nəticəsidir. Prezident ilham əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycan və Türkiyə üçün böyük nailiyyətlər qazandırır.
Görüşdə iştirak edən izmir Təhsil şöbəsinin müdiri Ömər Yaxşı əliağa qəsəbəsində yerləşən Heydər əliyev adına Texniki və Sənaye Peşə Liseyinin fəaliyyətini yüksək qiymətləndirib. O, bu təhsil müəssisəsinin qurulmasına və əldə etdiyi böyük müvəffəqiyyətlərə görə Azərbaycan tərəfinə səmimi təşəkkürünü bildirib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova görüşdə iştirak edib.