Bütün dünyanı cənginə alan koronavirusla mübarizə istiqamətində ölkəmizdə atılan addımları, qəbul edilmiş qərarları müəyyən mənada alqışlayıram. Azərbaycan Prezidentinin vaxtında atdığı addımlar ölkə əhalisində sanki bir rahatlıq yaratmış oldu. Bununla yanaşı ölkə başçısının və birinci vitse-prezidentin birillik əməkhaqqlarının fonda köçürülməsi öz-özlüyündə atılan ən humanist addım hesab etmək olar. Belə bir məqamda özümün fonda maliyyə vəsaitinin köçürmək şansım olmasa da, tövsiyə edildiyi kimi, həm evdə qalıram, həm yaşıdlarımı, dostlarımı bir daha buna səsləyirəm, sosial mediada və Belediyye.info portalında bu istiqamətdə bacardığım qədər mənəvi dəstəyimi göstərirəm.
Hər birimiz yaman günün ömrünün az olduğunu bilirik. Və tələb olunan məqamlara da uyğun hərəkət edirik. Sözsüz ki, çətinliklər də var və bu çətinliklərin aradan qaldırılmasıyla bağlı ciddi addımlar atılacağına da inanıram. Amma bununla yanaşı yəqin ki, zaman gələcək postpandemiya dövründə bundan əvvəl baş vermiş bütün proseslər təhlil ediləcək, hər bir addıma qiymət veriləcək, yaxşı işlər təbliğ olunacaq, neqativlərin aradan qaldırılması üçün isə strategiya hazırlanacaqdır. Hər halda bu belə olacaq. Lakin mən indidən bəzi məqamlara toxunmaq istərdim.
Bələdiyyə sahəsiylə bağlı olduğumdan toxunduğum məsələlər də məhz bu sahə ilə bağlıdır. Etiraf etməliyəm ki, bu gün koronavirusla mübarizə də bələdiyyələr nəyə qadir olduğunu, var gücü ilə dövlətinin və sakininin yanında olduğunu fəaliyyətləriylə göstərdilər. Həm Koronavirusla mübarizə Fonduna ianə köçürməklə, həm də aztəminatlı ailələrə göstərilən maddi yardım, habelə maarifləndimə işlərində bələdiyyələrimiz həqiqətən ekrana sığmayan işlər gördülər. Bu danılmaz faktdır.
Deyilə bilər ki, bu elə bələdiyyələrin işi olmalıydı də. Razıyam, amma gəlin etiraf edək ki, bu gün o çoxsaylı yardımlarla aztəminatlı ailələri sevindirən bələdiyyə sədrlərinin böyük əksəriyyəti bu addımı məhz bələdiyyənin sıfırlanmış kassasından deyil öz şəxsi maliyyəsiylə və ərazisində olan xeyirxah insanların yaxından köməyi ilə etmiş oldular və bunu vətəndaşlıq borcu hesab etdilər. Həqiqətən etiraf etməliyik ki, bələdiyyələr təqdirəlayiq işləriylə seçildilər. Baxmayaraq ki, bəzən gorülən işlərin təqdimatında boşluqlarda oldu, həmçinin yerində sayan, tapşırıq gözləyən və aciz sədrlər də oldu. Hər halda zaman özü bələdiyyələrin gördüyü bu işə qiymət verəcəkdir.
indisə müşahidələrim barədə...
Koronoavirus bütün sahələrə mənfi təsir etdiyi kimi bələdiyyələrin büdcə gəlirlərinə ciddi təsir etmiş oldu. Yanvar, fevral, mart və aprel ayı bələdiyyələr üçün maliyyə gəlirlərində sanki “durğunluğu ilə” seçildi. Yəni seçkidən sonra yeni formalaşan bələdiyyələr yenicə işə başlamışkən pandomiya ilə mübarizə və üstəlik karantin rejiminin olması nəticədə həm sakinlərin maliyyə durumuna, həmdə bələdiyyələrin büdcə gəlirlərinə mənfi təsir etmiş oldu.
Bəs vəziyyətdən necə çıxmalı?
Beləliklə, biz qısa şəkildə hamımızın bildiyi bəzi məqamlara toxunduq. Bu problemlərin həlli sonda DSMF-yə borca görə bank hesabı bağlı olan 1000 yaxın bələdiyyənin borcunun sıfırlanmasına həmdə səbəb olacaqdır.
Xahişim odur ki, bələdiyyə sahəsində problemlərin aradan qaldırılmasıyla bağlı verilən təklif və iradları səmimi qəbul edək. Sonda isə təklif və iradları neqativ məcraya yox, ümumi işimizin xeyrinə məhz pozitiv məcraya yönəltməklə Ulu öndər Heydər əliyevin yaratdığı bələdiyyə sisteminin daha yüksək inkişafına nail olaq və ASANXiDMəTi dünya brendinə çevidiyimiz kimi, bələdiyyəmizidə belə yüksək inkişaf səvviyəsinə çatdıraq. Nəticədə isə inanıram ki, bu inkişaf həm dövlətimizin, həm bələdiyyələrimizin, həmdə sakinlərimizin xeyrinə olacaqdır.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri