Azərbaycan dövlətinin iqtisadi və sosial həyatındakı inkişaf son illər durmadan yüksəlməkdədir. Son illər Xəzər rayonunda da xeyli sosial məsələlər həll edilmişdir. Bu baxımdan Binə qəsəbəsində son 10 il ərzində çox böyük işlər məhz Xəzər Rayon icra Hakmiyyətinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilməkdədir.
Bu gün qəsəbənin sosial - iqtisadi həyatında Binə bələdiyyəsi öz fəal iştirakını uğurla davam etdirir.
Qeyd edək ki, Binə bələdiyyəsi doqquz 82.832 manat gəlir əldə edib. əldə edilən gəlirin 20.391 manatı torpaq vergisindən , 48 391 manatı əmlak vergisindən, 6350 icarə haqqından daxil olub. Ötən dövrdə 500 manat könüllü vergi ödənişi həyata keçirilb.
əldə etdiyimiz gəlirlə qəsəbədə abadlıq və təmizlik işlərini nəzarətdə saxlayırıq. Vaxtaşırı qəsəbədaxili yolların dağılmış hissələrinə qum, daş qırıntısı, asvalt qırıntısı tökülərək qreyderlə hamarlanır. Qəsəbənin mərkəzi magistral yolunun 1200 metr hissəsində təmir-bərpa işləri aparılaraq 400m3 daş qırıntısı tökülərək asvalt bərkidən katokla əzilərək qreyderlə hamarlanmış və sonra yenidən katokla bərkidilmişdir.
Həmin məsafəyə 1003 asvalt qırıntısı tökülərək qreyderlə hamarlanmışdır. Bundan başqa qəsəbənin müxtəlif məhəllələrində torpaq yollara qum çınqıl tökülərək qreyderlə hamarlanma işləri aparılmışdır. Hamarlanma işləri hər ay davam etdirilir.
Qəsəbənin Bakı Elektro Avtomat zavodu ətrafında yaşayan bir qrup sakinlərin müraciətlərini nəzərə alaraq qış aylarında məhəlləyə toplanmış yağış və qurunt sularını təmizləmək məqsədi ilə bəədiyyə tərəfindən 214 manat ayrılaraq 1 ədəd motor-nasos və 100 metr şlanq alınaraq əhaliyə verilmişdir.
Bələdiyyənin inzibati binası qarşısındakı bağda və şəhidlərin xatirəsinə salınmış parkda 350 m2 yaşıl örtük , qazon döşənmiş və müxtəlif ağaclar, bəzək kolları əkilmişdir.
Ağacların quru budaqları ardıcıl olaraq kəsilir, gövdələri əhənglə ağardılmışdır. Məhəllədaxili yolların kənarlarındakı alaq otları vurularaq təmizlənmişdir.
əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də Binə bələdiyyəsi xeyli işlər görmüşdür.
Aztəminatlı ailə kimi qeydiyyata alınmış qəsəbə sakinlərindən Ağayev Elşad Güləmirzə oğlu, əkbərova iradə Canəli qızı , əliyev əli Soltanağa oğlu, Babayeva Afət Həsənağa qızı, Maşayev Telman Vəkil oğlu, Hüseynova Xəyalə Məmmədəli qızı, Rzayeva Elnaz Ataxan qızına hər birinə hər ay 30 manat, Mirzəyev Rafəddin Rizvan oğlu və Rzayev Bəxtiyar Kərim oğlunun hər birinə hər ay 20 manat olmaqla ümumilikdə hər ay bələdiyyənin büdcəsindən 250 manat pul vəsaiti onlara maddi yardım kimi verilir.
ərizə ilə müraciət etmiş 6 nəfər sakinə 510 manat məbləğində maddi köməklik edilmişdir. Qəsəbənin Hövsan südçülük sovxozunda yaşayan Teymur Tahirovun eyni vaxtda doğulmuş 1-ci sinfə gedəcək 3 övladının hər birinə bir dəst məktəbli forması , bir cüt ayaqqabı və bir ədəd məktəbli çantası alınaraq onlara verilmişdir. Ləvazimatların alınmasına 250 manat pul vəsaiti xərclənmişdir. Qəsəbə sakini Rəhmanova Ziba Səfər qızının evinin təmir edilməsi məqsədi ilə 10 ədəd şifer alınması üçün qərar qəbul edilmişdir. Qəsəbə sakini Qurbanova Aytən Zakir qızına yanmış evinin təmir olunması məqsədi ilə büdcədən 200 manat pul vəsaiti ayrılmışdır.
Aprel ayında qəsəbədəki 6 tam orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında ulu öndər Heydər əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul edilmişdir.Məktəblərdə müsabiqə keçirilərək qaliblərə 550 manat pul mükafatı verilmişdir və Azərbaycan televiziyası ilə çəkiliş aparılaraq işıqlandırılmışdır. Məktəblər arasında 1-ci yeri tutan 149 saylı tam orta məktəbin 10 A sinif şagirdi şükürlü Ləmana orta məktəbi bitirənədək hər ay 30 manat təqaüd təyin edilərək qərar icra edilmişdir.
Qəsəbədəki 4 nəfər 20 yanvar şəhid ailələrinin hər birinə 50 manat olmaqla 200 manat məbləğində maddi köməklik edilmişdir.
Binə Mədəniyyət Mərkəzində 20 Yanvar hadisəsinə həsr olunmuş yığıncaq
Böyük Vətən Müharibəsi dövründə olan arxa cəbhə veteranları da unudulmur. Qəsəbədəki Mədəniyyət Mərkəzində onlarla görüş təşkil olunmuşdur, veteranlardan əliyev Pənah, Novruzova Anna və şiriyev Bilala, hər birinə 50 manat olmaqla cəmi 150 manat pul vəsaiti onlara təqdim edilmişdir. Sonra böyük konsert proqramı təşkil edilmişdir və Azərbaycan Televiziyası ilə işıqlandırılmışdır.
Müqəddəs Qurban bayramı münasibətilə qəsəbədəki şəhid ailələri, 20 Yanvar şəhidləri, Çernobıl , Qarabağ müharibəsi və göz əlillərinə , aztəminatlı ailələrə qurban ətinin verilməsi həyata keçirilmişdir.
Qəsəbədəki yeniyetmə və cavanların asudə vaxtlarının səmərəli keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır.
Yeniyetmələrdən ibarət futbol komandasına Binə bələdiyyəsi tərəfindən hər il köməklik edilir. Bu il də komandanın AFFA-ya ödəyəcək 600 manat üzvlük haqqı bələdiyyə tərəfindən ödənilmişdir.
Oyunçulara idman ayaqqabısı alınması məqsədi ilə büdcədən 120 manat ayrılaraq onlara verilmişdir.
Qəsəbədəki tarixi abidələrin qorunmasını da Binə bələdiyyəsi diqqət mərkəzində saxlamışdır. Qəsəbədəki “ Mövsüm- Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 150 manat pul vəsaiti ayrılaraq məscidə verilir.
Binə bələdiyyəsi 9 ayda 14 ümumi yığıncaq keçirmişdir. Yığıncaqlarda 57 məsələ müzakirəyə çıxarılaraq müxtəlif qərarlar qəbul edilmişdir. Abadlıq işlərinin aparılmasına-8 məsələ, mədəni tədbirlərin keçirilməsinə -12 məsələ, ərizə və məktubların müzakirəsinə -12 məsələ, təşkilati məsələlərə 21 məsələ və digər məsələlərə 4 məsələ həsr edilərək müzakirə edilmişdir.
9 ay ərzində idarə və təşkilatlardan Binə bələdiyyəsinə 199 məktub və vətəndaşlardan 75 məktub, müxtəlif nazirliklərdən 18, idarə və təşkilatlardan 106 məktub daxil olmuşdur.
Daxil olan ərizə və məktubların bir qismi vətəndaşlara maddi yardım, bir qismi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.
9 ay ərzində Binə bələdiyyəsi tərəfindən 633 nəfər vətəndaş qəbul edilmişdir. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmiş, yerində həlli mümkün olan məsələlər həll edilmiş və həlli bələdiyyədə mümkün olmayan məsələlər haqqında müxtəlif idarə və təşkilatlara müraciət edilmişdir.
Habil Həmidov
Binə bələdiyyəsinin sədri: