"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəlirlərimizi sosial layihələrin icrasına yönəldirik-Bələdiyyə sədri yazır

--2017-02-02 / 12:51

 Azərbaycan demokratik inkişaf yolu seçmiş bir dövlətdir. Möhtərəm Prezidentimiz  cənab ilham əliyevin   məqsədəyönlü, hərtərəfli fəaliyyəti nəticəsində dövlətimiz iqdisadi cəhətdən möhkəmlənməkdə, əhalinin sosial-iqdisadi vəziyyəti yaxşılaşmaqda, beynəlxalq aləmdə ölkəmizə olan etimad durmadan artmaqdadır. Bu müddət ərzində ölkədə həyata keçirilən sosial məsələlərin həlli istiqamətində bələdiyyələrin də fəaliyyəti danılmazdır.

Ötən  illərdən fərqli olaraq bələdiyyələrin təcrübə və inkişafının artması göz qabağındadır. Bələdiyyələr getdikcə formalaşaraq öz imkanlarını genişləndirirlər. Təbii ki, bu sahədə əldə edilən uğurlar dövlətimizin və cənab Prezidentimizin, rayonumuzun Başçısının bilavasitə qayğısı və diqqəti sayəsindədir.

Ötən il ərzində Lökbatan bələdiyyəsi tərəfindən  Qaradağ rayonu 6 saylı  uşaq  somatik  sanatoriyasında  uşaqlar arasnda  20 yanvar faciəsinin 26-cı il  dönümünə həsr olunmuş  "Ağla, qərənfil, ağla" mövzusunda  rəsm müsabiqəsi keçirmiş, uşaqlarda milli vətənpərvərlik ruhunun aşılanması istiqamətində təşkil olunmuş bu müsabiqənin sonunda 1-ci, 2-ci və 3-cü yeri qazanan uşaqlar diplom və hədiyyələrlə mükafatlandırılmışlar. 

Lökbatan qəsəbəsində yerləşən 166 və 139 saylı orta məktəblərdə tariximizin qanlı və  unudulmayacaq səhifələrindən   olan Xocalı faciəsinə aid tədbir   keçirilmiş  Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan və bu amansız soyqırımın qurbanlarına   çevrilmiş dinc, günahsız Vətən övladlarının əziz xatirəsi yad edilmiş, faciə və faciə qurbanlarına həsr olunmuş faktlar əsasında çəkilmiş "Xoca" filmi nümayiş etdirilmiş və faciənin təfsilatı, ağır nəticələri, sağalmaz yaraları, cinayətkar və işğalçıların layiqli cəzalarını almaları istiqamətində gələcəyimiz  olan məktəblilər  arasında  vətənpərvərlik  ruhunun  yüksəldilməsinə  dair maarifləndirmə   işləri  aparılmış, Lökbatan bələdiyyəsinin üzvləri və qulluqçuları 26 fevral Xocalı soyqırımının    24-cü ildönümü ilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edib soyqirım qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Lökbatan bələdiyyəsi tərəfindən  8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə qadın bələdiyyə üzvləri  və qulluqçuları üçün  tədbir  keçirərək   onlara  hədiyyələr təqdim edildiyini yığıncaq iştirakçılarının  diqqətlərinə çatdırdı.

Lökbatan  bələdiyyəsinin  ötən ildə  fəaliyyət  istiqamətlərindən  biridə  eytiyacı olan, aztəminatlı ailələrin, əlillərin, qaçqın və məcburi köçkünlərin, ahılların göz  müayinəsini   ödənişsiz  olaraq  Xəzər Qayğıkeşlik Lahiyəsi Humanitar ictimai Birliyinin iştirakları ilə təşkil  edilərək  həyata  keçirmək olmuşdur.

Ümummilli lideri  Heydər əlirza oğlu əliyevin anadan olmasının 93-cü il dönümü münasibətilə Lökbatan bələdiyyəsində bələdiyyə üzvlərinin,  bələdiyyə qulluqçularının iştirakları ilə yığıncaq keçirilmiş və ümummilli  liderin  Lökbatan  qəsəbəsində  olan  abidəsi böyük  ehtiramla  ziyarət edilmiş, eyni zamanda  Lökbatan  bələdiyyəsi  ümumilli  lider  Heydər əliyevin  doğum gününün  93-cü il dönümü münasibətilə  "Xalqın fəxri "mövzusunda  N.Qurban adına 288 saylı orta  məktəbdə müsabiqə  keçirilmiş ,  müsabiqənin  qalibləri mükafatlandırılmışlar.

28 may küçəsində yerləşən Ukrayna  şairi Lesya  Ukrainkanın  adını daşıyan  istirahət parkında  yaşlı insanların, ahılların istirahət  etmələri üçün Lökbatan bələdiyyəsi tərəfindən söhbətkeş qurularaq  sakinlərin istifadəsinə verilmiş, qəsəbənin 1 A  yaşayış  massivində  məhəllə daxili  yola  100 m.kv.çınqıl tökülərək yayılmış, asfalt altı hazırlıq  işləri həyata keçirilmiş, 1-ci yaşayış massivində yaşayan sakinlərin Lökbatan bələdiyyəsinə şifahi müraciətləri nəzərə alınaraq həmin ünvana Lökbatan bələdiyyəsi tərəfindən   350 m3 çınqıl tökülərək  bələdiyyənin təşəbbüsü ilə əraziyə cəlb edilən texnikanın gücü ilə hamarlama işləri aparılaraq asfaltaltaltı  hazırlıq işləri icra edilərək  məhəllədaxili yol  qismən  təmir edilmişdir.

Lökbatan bələdiyyəsinin  2016-cı ildə həyata keçirdiyi əsas layihələrdən  biri də    Lökbatan qəsəbəsi ş.Xəlilov küçəsi 4, 11, 13 və 15 saylı binaların qarşısında 300 nəfərlik  xeyir-şər evinin tikilərək  istifadəyə  verilməsi olmuşdur.Sədr  qeyd etdi ki, müasir  tələblərə  cavab  verən  xeyir-şər evi  yüksək  səviyyədə  tikilərək, sakinlərin  istifadəsinə  verilmişdir. Xeyir-şər evi  ilə  yanaşı həmin məhəllədə Qaradağ rayon  icra Hakimiyyətinin  yaxından köməyi  və dəstəyi  ilə abadlaşdırılaraq sakinlərin  istifadələrinə  verilmişdir. Müasir tələblərə cavab verən xeyir-şər  evində  qəsəbə sakinləri mərasimlərini keçirirlər. Qarabağ Müharibəsi  əlilləri, şəhid ailələri və bu  qəbildən  olan  şəxslər isə  həmin  xeyir-şər evindən güzəştlərlə istifadə edirlər.

Lökbatan  bələdiyyəsi və bələdiyyə  təşviqat qrupu 26 sentyabr 2016-cı ildə keçirilən     ümumxalq səsverməsi referendumla  əlaqədar “inkişafa  və yeniliyə səs verək” adlı təbliğat və  təşviqat kompaniyasında  yaxından  iştirak  edərək  qəsəbə  ərazisində  yaşayan sakinlərlə görüşlər  keçirmişlər.

Eyni zamanda Lökbatan bələdiyyəsində `` Demokratik Həftə`` çərçivəsində açıq qapı günləri   keçirilmiş, bələdiyyə sədri tərəfindən qəsəbə sakinləri   qəbul edilmiş, qəsəbənin müxtəlif məhəllələrində  sakinlərlə səyyar görüşlər keçirilmiş, bu görüşlərdə “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyəti barədə danışılaraq, həftə ərzində bir sıra ciddi əhəmiyyətli işlərin həyata keçirildiyi vurğulanmış, qəsəbədə  həftə  ərzində  53  qəsəbə sakini  qəbul edilərək, problemləri dinlənilmiş və həlli ilə bağlı müvafiq işlər aparılmışdır.

Lökbatan bələdiyyəsi tərəfindən  ş.Xəlilov  küçəsində  inşa edilən  xeyir-şər evinin  həyatyanı  ərazisində yaşıllıq zolağı salınaraq, ərazidə xeyli sayda  ağaclar əkilrək yaşıllıq  zolağı salınmış,  qəsəbənin  i.Nəbiyev  küçəsi  ev 2a ünvanında yerləşən binanın birinci girişinin qapısı düzəldilərək istifadəyə  verilmişdir.

Lökbatan  bələdiyyəsinin   fəaliyyət  göstərdiyi   izibati  binanın  dam  örtüyündə yararsız  hala düşmüş  bir neçə şifer  dəyişdirilərək  təmir  edilmiş, bələdiyyə qulluqçularının iş fəaliyyətlərinin  yaxşılaşdırılması  üçün iş  otaqları kompüter, kondisioner   və  digər  texniki  avadanlıqlarla təmin  edilərək otaqlarda iş şəraiti yaxşılaşdırılmışdır.

Uğurlarımızdan biri də şəffaflığın  təmin  edilməsi  məqsədilə işlərin həyata keçirilməsi olmuşdur.Belə ki, Yerli (bələdiyyə)  vergi və  ödənişlərin  avtomatlaşdırılmış   məlumat sistemində torpaq və əmlak  vergilərinin  uçotunun  dəqiq aparılması  üçün işlər həyata keçirilmiş və bu  işlər bu gündə davam  etdirilməkdədir. Lökbatan bələdiyyəsinin qaynar xətt telefonun nömrəsi qəsəbə sakinləri arasında yayılmış, sosial şəbəkələrdə Lökbatan bələdiyyəsinin səhifəsi yaradırılaraq bələdiyyənin həyata keçirdiyi işlər sakinlərin nəzərlərinə çatdırılmış, bələdiyyənin elektron səhifəsi aktivləşdirilmiş, əhalinin sıx toplaşdığı yerlərdə və bələdiyyənin inzibati binasında poçt qutuları quraşdırılmış, bələdiyyənin qəbul etdiyi qərarlar Lökbatan bələdiyyəsində təşkil edilmiş lövhədən asılmış, sakinlərlə mütəmadi görüşlər keçirilmiş, bələdiyyə iclaslarında sakinlərin iştirakı təmin edilmiş və digər təqdirəlayiq işlər həyata keçirilmişdir. 

 

əldə etdiyimiz uğurlardan biri də torpaq və əmlak vergilərinin toplanmasıyla bağlıdır.

2016-cı ildə ötən  illərlə  müqayisədə  torpaq və əmlak  vergilərinin  toplanılmasında  ciddi  irəliləyiş  əldə  edilmiş, torpaq  vergisinin toplanması 2015  illə müqayisədə 63 % artıq yığılıb, əmlak  vergisi  isə  ötən  illə müqaisədə 1.3  dəfə çox  olmuşdur.  Bu da 2015-ci  illə   müqayisədə  ümumilikdə  1.07 dəfə  çox  deməkdir. Torpaq və əmlak  vergiləri tədiyyə  bildirişi  paylanılaraq bank  və poçt xidmətləri vasitəsi ilə  toplanılmaqdadır. Qəsəbə ərazisində bir neçə məhəllədə nüfuzlu ağsaqqallardan təşkil olunmuş məhəllə komitələri yaradılmış, həmin məhəllə komitələri, bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri tərəfindən  sakinlər arasında geniş maarifləndirmə işləri aparırlar.  

2016-cı il ərzində Lökbatan bələdiyyəsi üzvlərinin  17 iclası  keçirilmiş  və həmin  iclaslarda  86 məsələ   müzakirə  edilmişdir.  Lökbatan  bələdiyyəsinə idarə və müəssisələrdən 188, vətəndaşlardan isə 112  müraciət daxil  olub, bu müraciətlərin 46 maddi yardımla, 34 fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpaq  sahəsinin  ayrılması  ilə əlaqədar  torpaq növbəsinə  qəbul edilmək barədə,  32  müraciət isə digər məsələlərlə  əlaqədar  olmuşdur. Bu müraciətlərin tam əksəriyyəti müsbət həll edilib. Lökbatan bələdiyyəsində  həmçinin ötən dövrdə idarədaxili nizam-intizam qaydaları  gücləndirilərək, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə  işçilər  təlimatlarla  tanış  ediliblər.

Qurban bayramı münasibətilə Lökbatan qəsəbəsi ərazisində yaşayan şəhid ailələrinə, az təminatlı ailələrə, sosial əlillərə, bələdiyyə üzvlərinə və qulluqçularına cəmi 142  nəfərə Qurban əti  paylanılmışdır, ehtiyacı olan  qəsəbə sakinlərinin bayram payları bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ünvanlarına çatdırılmış.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Lökbatan bələdiyyəsi bir neçə  aztəminatlı ailəyə bayram payı vermiş, Lökbatan bələdiyyəsinin təşkilatçılığı ilə yeni-2017-ci il münasibətilə bayram şənliyi keçirilmişdir. Sədr N.ismayıl  vurguladı ki, biz öz fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq.  işimizi gələcəkdədə bu istiqamətdə qurub qəsəbənin sosial iqdisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin görülməsinə yönəldəcəyik.

Namizəd ismayılov

Qaradağ rayon Löklbatan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR