Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər ictimai Birliyinin "Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği" layihəsinin icrasına davam edilir. Bu barədə Belediyye.infoya QHT –dən daxil olub.
Belə ki, layihə çərçivəsində ilk təlim Qəbələ rayonu, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 10 nəfərin iştirakı ilə təşkil olunmuşdur.
Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.
Təlimə başlamazdan öncə, Gənc Mühasiblər ictimai Birliyinin sədri Solmaz əliyevanın çıxışından sonra Qəbələ dövlət peşə təhsili mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək təlim üçün Mərkəzin seçilməsi və Mərkəzin tələbələrinin təcrübəli kadr kimi yetişdirilməsinə dəstək olduğu üçün Gənc Mühasiblər ictimai Birliyinə öz təşəkkürünü bildirmişdir.
Təlimin sonunda iştirakçılar Gənc Mühasiblər ictimai Birliyi tərəfindən sertifikatla təltif edilmişdir.
Belediyye.info