"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə bələdiyyələri kurort-sanatoriya rüsumunun həcmini üç dəfə artırıblar

--2021-04-26 / 19:11

Gəncə şəhərində formalaşan 3 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 932.100 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 3 faizədək azalma deməkdir.

Qeyd edək ki, 2019-cu ildə Gəncə bələdiyyələrinin büdcə gəliri 960.200 manat olub.

əldə edilən vəsaitin isə 39.3 faizi, yəni (366.200 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Onu da əlavə edək ki, 2019-cu illə müqayisədə Gəncə bələdiyyələrində torpaq satışı və icarənin həcmi 29 faiz artıb.

Gəncə şəhərində formalaşan 3 bələdiyyə ötən il ərzində 196.300 manatlıq əmlak vergisi, 149.600 manatlıq torpaq vergisi, 6.800 manatlıq mədən vergisi toplaya bilib. Bununla yanaşı 17.400 manat dayanacaq rüsumu və 12.800 manat isə kurort-sanatoriya rüsumu toplanılıb.

əlavə edək ki, ən çox artım sanatoriya-kurort rusumlaırnın toplanışında olub. Belə ki bu istiqamətdəki artım 3.3 dəfə olub.

Qeyd edək ki, il ərzində bələdiyyələrə 104.800 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Ötən il Gəncə bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi daxil olmayıb.

əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 33.200 manat vəsait daxil olub.

Belediyye.info

 

ŞƏRHLƏR