Vətən müharibəsi əlilləri, qazi və şəhid ailələrinə diqqət və qayğı göstərilməsi,onların müraciətlərinə operativ baxılması istiqamətində ədliyyə Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Tədbirlərin davamı olaraq Gəncə Regional ədliyyə idarəsinin rəis müavini vəzifəsini icra edən Samir Cəfərov 44 günlük Vətən müharibəsində şəhid olmuş Samux rayonu Çobanabdallı bələdiyyəsinin üzvü Məmmədli Həsən Qəhrəman oğlunun ailəsinə baş çəkilmiş, onların qayğısı ilə maraqlanmışdır.
şəhid anası Sveta Məmmədova ilə görüşdə onlara göstərilən dəstək və diqqət üçün Prezident ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Həsən Məmmədli 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub. Orta məktəbdə müəllim işləyirdi.
2019-cu ildə bələdiyyə üzvü seçilmişdi.