"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Daşkəsəndə seminar keçirilib

--2018-05-24 / 19:12

Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Daşkəsən rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilmişdir. Bu barədə məlumatı Gəncə regional ədliyyə idarəsi yayıb.

Seminarda idarə əməkdaşları tərəfindən " Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi vəziyyətinin öyrənilməsi” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, " və “ Bələdiyyə qulluğunda şəffaflığın təmin edilməsi",  "Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri” mövzularında çıxışlar edilmişdir.

 Seminarda maraq doğuran məsələlər üzrə müzakirələr aparılmış, iştiakçıları  maraqlandıran suallar cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR