"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər icra Hakimiyyətində çalışan könüllülərə sertifikatlar təqdim olunub

--2019-10-02 / 15:36

Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Könüllü-2” proqramını uğurla başa vuran gənclərlə görüşüb. Görüşdə Nizami Rayon icra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon icra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Regional “ASAN xidmət” Mərkəzinin direktoru Turqut Mustafazadə, struktur rəhbərləri və KiV nümayəndələri iştirak edib.

Niyazi Bayramov Gəncə şəhər icra Hakimiyyətində könüllülük təcrübəsini uğurla başa vuran gəncləri təbrik edib. O qeyd edib ki, Prezident ilham əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanları qarşısında gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub.

Bu məqsədilə  Gəncə şəhər icra Hakimiyyəti gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayıb.  şəhər rəhbəri bildirib ki, könüllülk fəaliyyəti gənclər üçün uğurlu bir təcrübədir. Daha sonra Niyazi Bayramov gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər diləyib.

Gəncə şəhər icra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında bildirib ki, könüllük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. iki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu fəaliyyət həm gənclər, həm də Gəncə şəhər icra Hakimiyyəti üçün faydalı olub.

Gənclərin Gəncə şəhər icra Hakimiyyətində könüllülük fəaliyyətinə cəıb olunması ASAN xidmət ilə əlaqələndirməklə həyata keçirilib. Könüllü gənclər Gəncə şəhər icra Hakimiyyəti ilə yanaşı, Nizami və Kəpəz Rayon icra Hakimiyyətlərində könüllü fəaliyyətinə cəlb olunublar. 2 ay müddətində gənclər müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak ediblər.

Görüşdə çıxış edən gənclər yaradılan şəraitə görə ölkə Prezidenti ilham əliyevə təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, 2 ay müddətində burada qazandıqları təcrübə onların gələcək fəaliyyətlərinə fayda verəcək.

Sonda müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim olunub.

 Gəncə şiH

ŞƏRHLƏR