sorğu
Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi evin təmiri, su və mavi yanacaqla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini tək-tək dinləyən Niyazi Bayramov, səsləndirilən bir çox problemin dərhal aradan qaldırılmasını tapşırıb. Dilə gətirilən bir sıra məsələlərin isə araşdırılaraq qanuna uyğun formada həll edilməsi istiqamətində müvafiq qurumlara göstərişlər verib.