Yaşar Atakişi oğlu Abdullayev 08 iyun 1973-cü ildə Ağdam şəhərində doğulmuşdur.
1990-cı ildə Gəncə şəhəri, 25 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.
1990-cı ildə Azərbaycan Texnologiya institutuna daxil olmuş, 1995-ci ildə Bakı əmtəəşünaslıq Kommersiya institutunun əmtəəşünas ixtisası üzrə tam kursunu bitirmişdir.
1995-1998-ci illərdə Azərbaycan Texnologiya institunun Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
1996-1998-ci illərdə Azərbaycan yaradıcı istehsalat birliyinin “Dizayn” 2 saylı təmir-tikinti terstində rəis müavini vəzifəsində işləmişdir.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
2012-2014-cü illərdə Gəncə şəhər icra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi məsələlər bölməsinin istehsal və xidmət sahələri sektorunda məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində işləmişdir.
29 yanvar 2015-ci il tarixdən Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var.