"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami bələdiyyəsi altı ayda hansı işləri görüb?

--2016-08-15 / 11:43

Belediyye.infoya  Gəncə şəhər Nizami (Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədovun imzasıyla  2016-cı ilin altı ayı ərzində Nizami rayonunun ərazisində gördüyü işlərlə bağlı  məlumat (arayış) daxil olub.

Məlumatı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

***

  • Hava Limanı yolunda görülən işlər:

-  “Gəncə Maşınqayırma Zavodu”nun yataqxanasına gedən yolun sağ hissəsindəki səkiyə 100 kv.m. tamet daşı vurulmuşdur;

-  işıq dirəklərinin oturacaqlarındakı sıradan çıxmış 8 kv.m. qranitlər yenidən bərpa edilmişdir;

-  yolun kənarlarındakı sədlərin üzərində olan sıradan çıxmış 10 kv.m. aqlay daşı yenidən bərpa edilmişdir;

-  “Eleqans” mebel mağazasının qarşısında sıradan çıxmış 3 kv.m. tamet örtüyü yenisi ilə əvəz edilmişdir;

-  Nizami (Gəncə ş.) Bələdiyyənə aid yaşıllıq ərazisına 100 ədəd qızılgül kolu əkilmişdir;

-  yolun kənarında yerləşən sıradan çıxmış məhəccərlər yenidən düzəldilmişdir.

***

  • Nizami Gəncəvi prospektində görülən işlər:

-  prospektdə yerləşən yaşıllıq ərazisındakı 5 ulduza vəYeni Gəncə dairəsinə 1200 ədəd petunya və lyandragülləri, həmçinin 10 ədəd dekorativ ağaclar əkilmişdir;

-  keçmiş şəmkir avtovağzalındakı bağda abadlıq işləri aparılaraq əlavə 40 ədəd şam ağacı əkilmişdir;

-  prospektdə yerləşən Avropa parkına yeni çimlər düzülmüşdür;

-  prospektdə yerləşən “Ulduzlu Gecə” şadlıq sarayının qarşısındakı sökülmüş 10 kv.m. şəbəkə bərpa edilmişdir;

-  Nizami Gəncəvi prospekti ilə 28 May küçəsinin kəsişməsinin sağ hissəsində yerləşən yaşıllıq ərazisına 18 ədəd dekorativ ağaclar əkilmişdir;

-  Nizami Gəncəvi, ş.i.Xətai, H.əliyev və Atatürk prospektlərində ictimai nəqliyyat dayanacaqları təmizlənərək yenidən təmir olunub rənglənmişdir.

  • 28 May ilə Mehmandarov küçələrinin kəsişməsində yolun sağ hissəsində  10 kv.m. tamet örtüyü yenisi ilə əvəz olunmuş və yaşıllıq ərazisinə 40 ədəd şam ağacı əkmişdir.
  • 28 May küçəsində Nizami rayon icra hakiniyyətinin yanından Novruz meydanınadək 40 ağacın kənarındakı bardyur daşları sökülmüş və yenisi ilə əvəz olunmuşdur.
  • 28 May küçəsində yerləşən 68-69, 71-73 və 78-79 nömrəli binaların fasad hissələri yenidən  rəngləmişdir.
  • Mehmandarov küçəsi ilə 28 May küçəsinin kəsişməsinin sağ hissəsində əkilmiş yaşıllıq ərazisinin suvarılması üçün 30metr su xətti yenisi ilə əvəz edilmişdir.
  • Novruz meydanından Heydər əliyev parkına keçən yolüstü keçidin arkaları təmir olunmuş və gecə işıqlandırma sisteminin xətləri yenidən bərpa edilmişdir.
  • Yeni Gəncə yaşayış massivində yerləşən 60 və 61 nömrəli yaşayış binalarına dam örtüyü vurulmuşdur.
  • “Veqo” otelinin qarşısında sıradan çıxmış 12 kv.m. tamet örtüyü bərpa edilmişdir.
  • Bələdiyyənin mülkiyyətihndə olan “istiqlal” meydanında sıradan çıxmış 6 kv.m. tamet daşı yenidən bərpa edilmiş və qırılan məhəccərlər qaynaq olunaraq təmir edilmişdir.
  • Q.Hüseynli küçəsində sıradan çıxmış 3 kv.m. səki daşı yenisi ilə əvəz olunmuş və 6 ədəd yeni çinar ağacları əkilmişdir.
  • Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun adını daşıyan küçəsinin başlanğıcında barelyefi quraşdırılmışdır.
ŞƏRHLƏR