"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami bələdiyyəsi növbəti onlayn iclas keçirib.

--2020-09-09 / 17:56

Gəncə şəhər Nizami rayon bələdiyyəsi 09.09.2020-ci il tarixdə onlayn iclas keçirib.

iclasda, gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov çıxış edərək gündəlikdə duran məsələlər haqda məlumat verib.

Bələdiyyənin sədr müavini əliyev Fikrət, 2 vətəndaşın bələdiyyəyə müraciət edərək uzun müddət istifadələrində olan torpaqların onların mülkiyyətinə verilməsini və 11 nəfərin istifadəsində olan torpaqların onların mülkiyyətinə verliməsi məsələsi haqqında çıxış etmişdir.

Ücüncü məsələ haqqında bələdiyyənin sədr müavini Orucov Bəxtiyar danışaraq üzvlərə 9 vergi ödəyicisinin vergi borclarını ödəmədikləri üçün sənədlərinin icraata göndərilməsi məsələsini qaldırıb.

Bələdiyyə sədri Qoşqar Məmmədov sonda çıxış edərək bələdiyyəyə yardım üçün müraciət edən Gülüstan qəsəbəsi bina 11 ev 11-də yaşayan Hüseynova Rəfiqə Cəlil qızına və Yeni Gəncə massivi ev 30 m.4 ünvanında yaşayan qarabağ əlili Cəfərov Mürsəl Elşən oğluna yardım edilməsi haqqında danışıb.

iclasda məsələlər səsə qoyulub ve yetkilliklə qəbul edilib.

Keçirilən onlayn iclasda 19 bələdiyyə üzvünündən 14 nəfər aktiv şəklidə iştirak edib.

 Gəncə şəhər Nizami rayon bələdiyyəsi 

ŞƏRHLƏR