Hesabat ilində bələdiyyənin 24 iclası keçirilmişdir. iclasların gündəliyinə 553 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub.
Hesabat ilində bələdiyyə sədri tərəfindən 121 nəfər vətəndaş fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır.
Hesabat ilində Nizami bələdiyyəsinə 1075 ərizə və məktub daxil olmuş, məzmununa görə fərdi yaşayış və bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, maddi yardım göstərilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.
2021-ci ilə Gəncə şəhər Nizami rayon Nizami bələdiyyəsinin təsdiq edilmiş büdcə gəlirləri 414026,31 manat, büdcə xərcləri isə 472840.14 manat olmuşdur.
Hesabat ilində 166878.47 manat fiziki şəxslərdən əmlak vergisi, 25995. 35 manat fiziki şəxslərdən torpaq vergisi, 97186.98 manat bələdiyyə torpaqlarının vətəndaşlar tərəfindən özəlləşdirilməsindən, 18775.50 manat nəqliyyat vasitələrinin müvəqqəti dayanacaqları üçün ödəniş, 562.0 manat mehmanxana xidmətləri göstərən şəxslərdən ödəniş və dəfn xidmətlərindən 104628.0 manat toplanaraq bələdiyyə büdcəsinə ödənilmişdir, dövlət büdcəsindən 60000 manat dotasiya verilmişdir.
“Novruz bayramı” ərəfəsində şəhid ailələrinə bayram sovqatı paylanmışdır , Qurban bayramına görə 80 şəhid ailəsinə 2930 manatlıq qurban əti paylanmışdır və şəhərdə təşkil edilmiş tədbirlərə müvafiq köməkliklər göstərilmişdir.
Ümumilikdə, 2021-ci ildə Nizami bələdiyyəsinin büdcəsindən maddi yardım və müavinətlərin verilməsi məqsədilə 8430,00 manat xərclənmişdir
şəhid Mustafayev Elvin Fuad oğlunun qəbir üstü abidəlsinin hazırlanması üçün ailələsinə 1300 manat,Mustafayev Elvin Fəxrəddin oğlunun və əliyev Natiq Yusif oğlunun qəbir üstü abidələrinin hazırlanması üçün ailələrinə hər bir abidənin hazırlanması üçün 1500 manat olmaqla 4300 manat vəsait verilmişdir.
şəhid əliyev Natiq Yusif oğlunun yas mərasiminin təşkili üçün bələdiyyə büdcəsindən 3980 manat vəsait ayrılmışdır.Bundan başqa şəhid anası ismayılova Rəna əli qızının qəbir üstü abidəsinin hazırlanması üçün bələdiyyə büdcəsindən 1500 manat vəsait ayrılmışdır.
1-ci Qarabağ müharıbəsində və 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə şəhidlər xiyabanında lövhə hazırlanması üçün 18200 manat və Qələbə parkında 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən atılmış raketlər nəticəsində həlak olmuş Gəncə şəhər sakinlərinin xatirəsinə ucaldılmış abidənin hazırlanması üçün bələdiyyə büdcəsindən 10471 manat vəsait ayrılmışdır.
şəhidlərin ildönümü günləri ,Zəfər günü və anım günlərində şəhidlərin qəbir üstü adidələrinin güllə bəzədilməsinə və gül çələnglərinin hazırlanması üçün bələdiyyə büdcəsindən 11110 manat vəsait ayrılmışdır.Gəncə şəhərində Zəfər gününü keçirilməsi üçün istiqlal parkında tərtibat işlərinin görülməsivə şəhər ərazisində banerlərin quraşdırılması üçün bələdiyyə büdcəsindən 8831 manat 20 qəpik vəsait ayrılmışdır.Ulu öndər Heydər əliyevin anım günü üçün güı çələnglərinin və güldəstələrinin hazırlanması üçün bələdiyyə büdcəsindən 1350 manat vəsait ayrılmışdır.Qarabağ əlillərinə Qayğı cəmiyyətinə 250 manat və əfqanıstan cəmiyyətinə 200 manat yardım bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.
Bələdiyyə ərazisində yerləşən Xəmsə kompleksində və 1941-1945 abidəsində təmir işlərinin aparılması üçün bələdiyyə büdcəsindən 2830 manat vəsait ayrılmışdır.əhməd Cavadın barelyefinin hazırlanması üçün bələdiyyə büdcəsindən 700 manat vəsait ayrılmışdır. Yaşıllıq ərazilərində öz veqetativ dövrünü başa vürmuş həmşə yaşıl ağaclaın yenilənməsi üçün 2000 manat dəyərində yenihəmşə yaşıl ağaclar alınmışdır.Bildiyiniz kimi 4 saylı qəbristanlıqda nəzarət və təhlükəsizlik baxımından biz qərara gəldik ki,bu əraziyə kamera quraşdıraq bunun üçün bələdiyyə büdcəsindən 3162 manat vəsait ayrılmışdır.
Elektron xidmətlərin inkişaf etdirilməsi və elektron informasiya bazasının yaradılması məqsədi ilə Nizami bələdiyyəsi tərəfindən “Elektron Bələdiyyə” layihəsi həyata keçirilmişdir. Bu layihə çərçivəsində Nizami bələdiyyəsinin http://nizami.bel.az/ rəsmi saytında yaradılmış elektron sistem vasitəsilə vətəndaşların bələdiyyəyə onlayn müraciəti, yerli vergilərin ödənilməsi, vətəndaşlarla bələdiyyə arasında onlayn sənəd qəbulu və sənəd dövriyyəsi infrastrukturunun qurulması, iş prosesinin şəffaflığına nəzarət, sənəd arxivi və digər dünya təcrübəsinə əsaslanan elektron xidmətlərin göstərilməsinə geniş imkanlar verilmişdir.
Gəncə şəhər Nizami bələdiyyəsi