"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər regional ədliyyə idarəsi seminar keçirib

--2017-05-14 / 18:18

Gəncə şəhər regional ədliyyə idarəsinin təşkilatçılığı ilə mayın 11-də “Bələdiyyələrdə hüquqi-marifləndirmə işlərinin aparılması və bələdiyyələrə metodiki köməklik göstərilməsi ilə bağlı təlim” seminar keçirilib.

Toplantıda ədliyyə Akademiyasının, Gəncə şəhər regional ədliyyə idarəsinin əməkdaşları, Gəncə şəhər Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin, həmçinin Samux, Goranboy və Göygöl bələdiyyələrinin icra aparatı işçiləri iştirak edib.

Tədbiri Gəncə şəhər regional ədliyyə idarəsinin aparıcı məsləhtçisi Samir Cəfərov açaraq toplantının gündəliyinin əsas mövzusunun “Azərbaycan Respublikasının qanunlarında edilən əlavə və dəyişikliklərlə bağlı bələdiyyə qulluqçularını hüquqi-marifləndirmə” olduğunu bildirib.

S.Cəfərov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, bələdiyyələr yaradıldığı gündən dövlətin yaxından dəstəyini hiss edir, bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmlənir, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, bələdiyyə üzvlərinin və qulluqçularının bilik və təcrübəsinin artırılması üçün ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi və milli assosiasiyalar bölgələrdə müxtəlif mövzularda seminar və ixtisasartırma kursları təşkil edir.

Toplantı zamanı ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib MəMMəDOV çıxış edərək bildirib ki, bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasında müsbət nəticələrə nail olmuşdur.

Q.Məmmədov “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi və bələdiyyə qulluqçularının etik-davranış qaydaları, Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, Vergi qanunvericiliyində edilmiş əlavə və dəyişikliklər, Vətəndaşların müraciətləri, Büdcə sistemi və Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının qanunları” barədə ətraflı çıxış edib.

Daha sonra ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, kiçik ədliyyə müşaviri Mətanət əsgərova çıxışında “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması, Yerli (bələdiyy) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, həmçinin Yerli vergi və ödənişlər, onların hesablanması və ödənilməsi qaydaları” haqqında ətraflı məlumat verdi.

Çıxışında M.əsgərova qeyd edib ki, bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.

Sonda isə bir çox bələdiyyələrin maliyyə imkanlarının aşağı olması, vergitutma obyektlərinin və vergi ödəyicilərinin müfəssəl uçotunun aparılmaması, bununla da vergi və ödənişlərin tam yığılmaması həmçinin bu problemlərin aradan qaldırılması mövzusunda müzakirələr olundu. Müzakirə zamanı bələdiyyələrin kifayət qədər potensialı olduğu halda, yerli vergilərin tam toplanılmaması, əmlak və torpaq vergisinin yığımı zamanı qarşıya çıxan problemlər barədə bələdiyyə üzvləri və qulluqçuları öz iradlarını bildirdilər.

 Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR