Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə əhalinin həssas təbəqəsindən olan insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Kəpəz bələdiyyəsi də dəstək verib.
Bu barədə məlumat Gəncə şəhərinin Kəpəz bələdiyyəsindən daxil olub.
“impuls-AR” MMC-nın yaxından dəstəyi ilə Kəpəz bələdiyyəsinin təşkilatıçılığı ilə rayon ərazisində aztəminatlı ailələrin və 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, 60 ailəyə ərzaq bağlamaları təqdim edilmişdir.
Kəpəz bələdiyyəsinin qulluqçularının iştirakıyla paylanan bağlamaları alanların hər birinə görüşdə həm də bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş, onların evdə qalmaları, gündəlik etməli olduqları məsələlərə daha diqqətli yanaşmaları və məcburiyyət olmadıqda evdən çıxmamaları xahiş edilmiş, bu barədə onlara bələdiyyə tərəfindən tərtib edilmiş müvafiq bukletlər də paylanmışdır.
Belediyye.info