Bu gün Gəncə şəhəri Kəpəz bələdiyyəsinin növbəti iclası onlayn-video-konfrans şəklində həyata keçirilib.
iclasda, gündəlikdə olan cari məsələlər ətrafında Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev çıxış edərək ötən dövdə görülən işlər barəsində bələdiyyə üzvlərinə ətraflı məlumat verib.
Koronavirusla mübarizədə aparılan işlərə, rayon ərazisində aparılan dezinfeksiya işlərinə, aztəminatlı ailələrə verilən maddi yardımlara öz fikirlrəini bildirən üzvlər həmçinin bələdiyyə mülkiyətində olan torpaq alqı - satqısı məsləsinə də fikirlərini bildiriblər.
Kəpəz bələdiyyəsinin üzvləri müasir informasiya texnologiyalarından istifadə edərək onlayn şəklidə səs veriblər.
ilk dəfə keçirilən video konfransda 18 bələdiyyə üzvünün 12 aktiv şəklidə iclasda iştirak ediblər.
Belediyye.info