"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhəri Nizami bələdiyyəsi daha bir ilkə imza atıb

--2017-07-26 / 17:34

Gəncə şəhəri Nizami rayon ərazisi üzrə quraşdırılan parkomatlar barədə Belediyye.infoya açıqlama verən  bələdiyyə sədri  Qoşqar Məmmədov bildirib ki, cari ildə bələdiyyə iclasının qərarıyla bələdiyyəmiz daha bir ilkə imza atıb. Belə ki,  ilk pilot layihə olaraq Gəncə şəhərində Nizami (Gəncə ş.) Bələdiyyəsi tərəfindən “Park Qrup” MMC ilə 29 iyun 2017-ci il tarixli bağlanmış müqaviləyə əsasən Gəncə şəhərinin Nizami rayon ərazisində əhalinin rahatlığını təmin etmək, o cümlədən  nəqliyat tıxaclarının aradan qaldırılması məqsədilə müvəqqəti gündüz avtodayanacaqlarda 10 parkomat quraşdırılıb.

Sədrin sözlərinə görə, quraşdırılan 10 parkomat üzrə “Park Qrup” MMC tərəfindən parkomatlara nəzarət üçün 16 nəfər işçi təyin olunmaqla  yeni uniforma ilə təmin ediliblər.

ilkin olaraq işçilərin hər birinin orta aylıq əmək olaraq 300 manat nəzərdə tutulub.

Sonda Q. Məmmədov əlavə olaraq Gəncə şəhəri Nizami rayon ərazisi üzrə 6 yeni parkomatın quraşdırılması nəzərdə tutulduğunu bildirib.

Belediyye.info

ŞƏRHLƏR