"Son illər Gəncə şəhəri şəhidlər Xiyabanının abadlaşdırılması, müasir memarlıq üslubunda qaydaya salınması istiqamətində bir sıra mühüm işlər görülür. Burada Nizami bələdiyyəsinin maliyyə vəsaiti hesabına şəhid qəbirlərinin ətrafında abadlıq işləri aparılmış, işıqlanma dirəkləri qoyulmuş, yenilənmiş, xiyabanda təmzlik işləri aparılmışdır. Bu gün bizim məqsədimiz şəhərimizin ən müqəddəs ziyarətgahı olan şəhidlər xiyabanımızı qorumaq, onun səliqə-səhmanına nəzarət etməkdir"- bu barədə məlumat Gəncə şəhər Nizami bələdiyyəsindən daxil olub.
Məlumatda bildirilir ki, Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı şəhidlər xiyabanında hazırlıq işləri başa çatdırlıraq sakinlərin ziyarəti üçün hazır vəziyyət gətirilmişdir. ənənəvi olaraq şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülüb, xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanmışdır.
Qeyd edək ki, həmin ərazi daima Gəncə şəhər Nizami Bələdiyyəsinin nəzarətindədir.
ALLAH BÜTÜN şəHIDLəRIMIZə RəHMəT ELəSIN!
|
|
|
|
|
|
|
|
|
|
|