"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhərində Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının təqdimatı keçirilib

--2018-08-23 / 18:39

AQSiA-nın sədri, departament rəhbərləri və assosiasiyaya üzv olan təşkilat rəhbərlərinin iştirakı ilə Gəncə şəhərində sahibkar qadınlar və ictimaiyyətlə görüş keçirilib. Bu barədə məlumat adıçəkilən qurumdan daxil olub.

AQSiA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. Həmçinin S.Babayeva bildirib ki, assosiasiya regionlarda fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təşfiq etmək üçün regionlara silsilə səfərlərə başlayıb. “ilk səfər Gəncə şəhərinədir. Bu da təsadüfi deyil. Bildiyiniz kimi cari ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edilir. Gəncə isə cumhuriyyətin ilk paytaxtı, ölkənin ikinci və ən qədim şəhəri, mədəniyyət beşiyidir. inanırıq ki, Gəncəmizdə sahibkar qadınların sayının artmasına gələcək fəaliyyətlərimizlə müvəffəq olacağıq” deyə sədr bildirib.

Daha sonra AR iqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan ibrahimov sahibkarlığın inkişafı üçün həyata keçirilən dövlət proqramları, islahatlar haqqında məlumat verib. 

Çıxışlardan sonra AQSiA-nın icraçı direktoru Nigar ələsgərova indiyə kimi görülən işlər haqqında hesabat xarakterli təqdimat edib. O cümlədən, AQSiA-nın tərkibində yaradılan yeni departamentlərin təqdimatı edilib və onların fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Sonra AQSiA-da yeni yaradılan “Xidmət” departamentinin rəhbəri Təranə Məmmədova, “Beynəlxalq əlaqələr” Departamentinin rəhbəri Günel Məmmədhəsənova, “Sosial iş” Departamentinin rəhbəri Gülnarə Xəlilova, “investisiya və Qrantlar” şöbəsinin müdiri Sevda Nəcəfova, “istehlakçılarla iş” şöbəsinin müdiri Ulduz Xanlarova departamentlərin strukturu haqqında danışaraq, Gəncənin sahibkar xanımlarını da fəaliyyətdə yaxından iştiraka dəvət ediblər. 

Görüş müzakirələrlə davam edib və yeni layihələr üzrə təkliflər irəli sürülüb.    

Məlumat üçün bildirək ki, Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyası cənab prezidentin tövsiyyəsi ilə 26.10.2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, iqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təsis olunub, 22.12.2017-ci ildə dövlət qeydiyyatına alınıb. AQSiA-nın əsas məqsədi qadınlar arasında sahibkarlığın inkişafına kömək etməkdir.        

Belediyye.info

ŞƏRHLƏR