"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhərində bələdiyyə yeni layihəyə yekun vurub

--2021-10-26 / 14:19

“44 günlük Vətən müharibəsində Gəncə şəhərinə mənfur Ermənistan Silahli qüvvələri tərəfindən atılan raketlər nəticəsində mülki əhali arasında 26 nəfər şəhid olmuşdur. Bu günlərdə Gəncə şəhərində “Qələbə” parkı adlanan yerdə həlak olanların əziz xatirəsinə həsr olunan stend –guşə hazırlanaraq təqdim edilib. Stenddə həlak olanların hər birinin şəkilləri və ad-soyadları əks olunub”- bu barədə fikirləri Belediyye.infoya Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib.

Sədrin sözlərinə görə, Gəncə şiH-in təşəbbüsü bələdiyyə iclasında dəstəkləndikdən sonra az müddət ərzində layihə icra edilmişdir. Bununla yanaşı əlavə olaraq erməni vəhşilikləri haqqında qısa məlumatda üç dildə təqdim edilib.

əlavə edək ki, ötən il Gəncənin "Qələbə parkı" adlanan ərazinin yaxınlığında olan çox mənzilli bina və fərdi evlərin olduğu küçəyə də Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuşdur. 

Belediyye.info 

ŞƏRHLƏR