Gəncə bələdiyyələri əmlak vergisnin yığımında xeyli irəliləyişə nail olublar. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində toplanılan 531.500 manat vəsaitin 187.500 manatı, yəni ümumi büdcədaxilolmalarının 35.3 faizi əmlak vergisinə aid olub.
Bu 2015-ci illə müqayisədə 30.2 fazi artıq deməkdir.
Ümumiyyətlə, Gəncə şəhərində formalaşdırılan üç bələdiyyə: Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri 59.600 manat torpaq vergisi, 4.900 manat mədən vergisi, 6.100 manat mehmanxana, sanatoriya-kurort rüsumları, 28.200 manat avtodayanacaqlardan vəsait əldə ediblər.
Ötən il ərzində Gəncə bələdiyyələri hər hansı bələdiyyə əmlakının özəlləşdirliməsini həyat keçirməyiblər. Lakin torpağöın icarəsindən 153.100 manat vəsait əldə ediblər.
Belediyye.info