"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilir

--2022-02-09 / 14:46

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

Trend-in məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər icra Hakimiyyətinin tabeliyinə verilir.

Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

https://az.trend.az/azerbaijan/politics/3552962.html

ŞƏRHLƏR