Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Gəncə Regional ədliyyə şöbəsində 11-13 noyabr tarixlərində ədliyyə Akademiyası və Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarının iştirakıyla “Maliyyə hesabatlarının mühasibat uçotu standartlarına uyğun hazırlanması” və “Korrupsiya hüquqpozmalarının qarşısının alınması” mövzularında seminar təşkil edilib.
Seminarda dinləyici kimi Gəncə regional ədliyyə şöbəsinin yurisdiksiyasını əhatə edən yerli özünüidarəetmə qurumlarından 128 nəfər sədr və bələdiyyə quluqçuları iştirak edib.
Tədbiri giriş sözüylə ədliyyə Nazirliyinin Gəncə Regional ədliyyə şöbəsinin rəisi Kəmaləddin Həsənov açaraq bu gün bələdiyyələrin üzərinə düşən vəzifə səlahiyyətlərindən danışaraq bütün məqamlarda qanunun aliliyinin qorunmasına məsuliyyət daşıdıqlarını qeyd edib. Onun sözlərinə görə, bələdiyyə sədrləri qəbul etdikləri qərarları gollegial qəbul etməklə yanaşı, regional şöbəyə vaxtında göndərməlidirlər.
Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin məsul işçisi isgəndər Orucov hər bir bələdiyyədə şəffaflıq prinsiplərinin qorunmasını xüsusiylə vurğulayaraq, çətin məqamlarda regional və mərkəzə müraciətin edilməsini bələdiyyələri gələcəkdə baş verə biləcək səhvlərdən sığortalamış olur. Onun sözlərinə görə, hər bir bələdiyyə sədri atdığı addımlara görə, məsuliyyət daşıyır.
ədliyyə Akademiyasının əməkdaşı Qalib Məmmədov “Bələdiyyələrdə şəffaflıq prinsiplərinin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında Q. Məmmədov adıçəkilən istiqamətdə qəbul edilən qanunlardan və bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışıb. Onun sözlərinə görə, hazırda ölkəmizdə qəbul olunan qanunlar beynəlxalq standartlara cavab verir. Bununla yanaşı daim qanunlar təkmişlləşdirilir və ölkə vətəndaşlarının, o cümlədən bələdiyyələrin irəli sürdüyü təkliflər nəzərə alınır.
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təmsilçisi Zöhrab Fərəcov “Maliyyə hesabatlarının mühasibat uçotu standartlarına uyğun hazırlanması” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində Z.Fərəcov bələdiyyələrə 2016-ci il büdcəsinin icrasıyla bağlı təklif və tövsiyyələrini verərək, hər bir addımın qanun çərçivəsində atılmasının vacibliyi qeyd edilib.
Onun sözlərinə görə, “ bələdiyyələr tərəfindən atılan hər bir addım protokollaşdırılmalı və qanuna söykənməlidir. Bələdiyyələr daim yeniliyə can atmalı, hər bir yeniliyi bələdiyyələrində tətbiq etməyə hazır olmalıdırlar.”
Seminarın yekununda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|