Gəncə şəhjər Nizami bələdiyyəsinin yaydığı məlumata görə, ədliyyə Nazirliyinin Gəncə Regional idarəsinin təşəbbüsü ilə Nizami (Gəncə ş.) Bələdiyyəsində “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun icra olunması barədə hüquqi-maarifləndirici toplantı keçirilmişdir.
Toplantıda Regional ədliyyə idarəsinin əməkdaşları, Nizami və Kəpəz (Gəncə ş.) bələdiyyələrinin qulluqçüları iştirak etmişdir.
Tədbiri Regional idarənin böyük məsləhtçisi Samir Cəfərov açaraq toplantının gündəliyinin əsas mövzusunun “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” olduğunu bildirib.
O məruzəsində bildirb ki, bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər.
Bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuşdur. Bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir. Həmin sifarişlərin öyrənilməsində isə bələdiyyə sədrlərinin rolu böyükdür.
28 aprel 2015-ci il tarixli “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun icrasına yüksək səviyyədə əməl olunmasının əsaslarını bələdiyyə qulluqçularına izah edib.
Daha sonra bələdiyyə üzvləri və qulluqçuları çıxış edərək bildiriblər ki, bələdiyyələr yaradıldığı gündən dövlətin yaxından dəstəyini hiss edir, bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmlənir.
Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, bələdiyyə üzvlərinin və qulluqçularının bilik və təcrübəsinin artırılması üçün milli assosiasiyalar və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi bölgələrdə bələdiyyə üzvü və qulluqçuları üçün müxtəlif mövzularda seminar və ixtisasartırma kursları təşkil edir.
Bundan başqa bələdiyyənin fəaliyyətində vətəndaşlarla münasibətlərin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını vurğulayan bələdiyyə qulluqçuları bildirmişlər ki, bu məqsədlə hazırda Nizami və Kəpəz (Gəncə ş.) bələdiyyələrinin internet saytı fəaliyyət göstərir. Bələdiyyənin istər şəhərin quruculuq və abadlıq işlərində, istərsə də vətəndaşların problemlərinin həlli ilə bağlı gördüyü işlərin işıqlanması internet saytında xüsusi yer alır.
Toplantıda iştirakçıları maraqlandıran suallarda cavablandırlıb.
Belediyye.info