"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

--2020-08-31 / 16:26

Gəncə şəhər icra Hakimiyyəti başçısı Niyazi Bayramovun tövsiyəsinə uyğun olaraq Kəpəz rayonu Kəpəz bələdiyyəsinin dəstəyi ilə yeni bir xatirə-barelyefi hazırlanaraq ələkbər Seyfinin Gəncə şəhəri, Heydər əliyev prospekti 301-309 ünvanında yaşadığı binanın önünə vurulub. Bu barədə məlumatı Kəpəz bələdiyyəsi yayıb. 

Qeyd edək ki, ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub. "ittifaq" məktəbində təhsıl alıb. Səhnəyə ilk dəfə şagırd vaxtı, 1914-cü ilin əvvəllərində "Dəmirçi Gavə" (şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxıb.

Bundan sonra məktəb tamaşalarında kiçik rollar oynayıb. 1917-ci ildə "ibrət" dram dərnəyinə üzv olub. Truppanın yaradıcı heyətinə çox tez isinişib. Tezliklə o, əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Hafizə xanım), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Feyzulla), şəmsəddin Saminin "Dəmirçi Gavə" (Pərviz), Nəriman Nərimanovun "Nadir şah" (Rzaqulu xan), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Mahmud bəy), Hüseyn Cavidin "Maral (Cəmil bəy), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Vəli və Telli), isa bəy Aşurbəyovnin "Azərbay və Can" (Can), Cəlil Məmmədquluzadənin "Ölülər" (Müəllim), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Yetər) pyeslərinin tamaşalarında çıxış edib. ələkbər Seyfi 1922-ci ildən başlayaraq Tiflis Dövlət Azərbaycan Dram Teatrında yeddi il işləyib. Bu dövrdə ikinci zabıt ("iblis", Hüseyn Cavid), şeyx Abuzər və Serqo ("şeyx Sənan", Hüseyn Cavid), Pyotr ivanoviç ("Müfəttiş", Nikolay Qoqol), Vəli ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Cücə ("Topal Teymur", Hüseyn Cavid), Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Hambal ("Məşədi ibad", Üzeyir bəy Hacıbəyov), əşrəf ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), əbdüləli bəy ("Sevil", Cəfər Cabbarlı) rollarını oynayıb.

ələkbər Seyfi 1929-cu ildə Bakı Türk işçi Teatrına dəvət alıb.

20 may 1958-ci ildə Azərbaycan SSR əməkdar artisti və 14 dekabr 1961 tarixində xalq artisti fəxri adına layiq görülmüş ələkbər Seyfi 1977-ci ilin dekabrın 15-də vəfat edib.

Belediyye.info

ŞƏRHLƏR