"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə Litvadan olan nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

--2016-11-24 / 16:58

Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZəRTAC

Noyabrın 24-də Gəncə şəhər icra Hakimiyyətində Litvadan olan nümayəndə heyəti ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın yolları müzakirə edilib.

AZəRTAC xəbər verir ki, görüşdə Litva Bələdiyyələr ittifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas, Litva Bələdiyyələr ittifaqının vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginiyus Komskis, Litva Bələdiyyələr ittifaqının müşaviri, Avropa ittifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lausiene və Trakay şəhər bələdiyyəsinin deputatı Yelena Yosioniene iştirak ediblər.

şəhər icra hakimiyyəti başçısının müavini Rafiq şəfiyev qonaqlara 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncənin çoxəsrlik tarixi, zəngin mədəniyyəti və müasir sənaye potensialı barədə ətraflı məlumat verib.

Həmçinin görüşdə ali və orta təhsil məktəblərində yaradılan şəraitdən, universitetlərin beynəlxalq əlaqələrindən, eləcə də Gəncədə fəaliyyət göstərən istehsal müəssisələri və sənaye obyektlərindən də bəhs olunub.

Litva Bələdiyyələr ittifaqının prezidenti Rikardas Malinauskas ölkəsindəki sənaye, istehsal və xidmət sahələri, eləcə də iqtisadiyyatın digər sektorlarında görülən işlər haqqında danışıb.

Gəncə şəhərinin müasir inkişafından söhbət açan Rikardas Malinauskas Azərbaycan dövlətinin vətəndaşları üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq yolları müzakirə edilib

http://azertag.az/xeber/1013369

ŞƏRHLƏR