"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə müalicə alan hərbçilər ziyarət olunub

--2022-10-01 / 15:46

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevin iştirakıyla bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları stasionar müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçularını və əsgərlərini ziyarət ediblər. Onlar yaralı hərbçilərimizin səhhəti ilə maraqlanıblar. Bu barədə məlumatı Kəpəz bələdiyyəsi yayıb.

Kəpəz bələdiyyəsi kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyir.

Daha sonra kollektiv tərəfindən yaralı hərbçilərə hədiyyələr təqdim olunub.

Belediyye.info

ŞƏRHLƏR