"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncədə şəhid Kapitan inqilab Quliyevin xatirəsi anılıb

--2019-04-05 / 15:13

2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı həyatını itirən Kapitan inqilab Quliyevin xatirəsi anılıb. Anım mərasimində Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Səhər saatlarında şəhidlər Xiyabanına gələn Gəncə şəhər icra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri şəhid Kapitan inqilab Quliyevin məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. şəhidin ruhuna dualar oxunub. Burada Kapitan inqilab Quliyevin doğmaları ilə görüşən Niyazi Bayramov onlara başsağlığı verib. şəhidin atası Çingiz Quliyevlə söhbət edən şəhər rəhbəri, ailə üzvlərinin problemləri ilə maraqlanıb. Söhbət zamanı dilə gətirilən bir sıra məsələlərin araşdırılaraq, dərhal aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, inqilab Quliyev 1983-cü ilin 13 aprelində anadan olub. 2016-cı il aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5-də Gəncənin şəhidlər Xiyabanında torpağa tapşırılıb. Kapitan inqilab Quliyev göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti ilham əliyevinsərəncamı ilə "igidliyə görə" medalı ilə təltif edilib. iki oğlu yadigar qalıb.

 Gəncə şiH 

ŞƏRHLƏR