Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədovun imzasıyla Belediyye.infoya bələdiyyənin 2017-ci ilin ilk yarımilliyi ərzində Nizami rayonunun ərazisində gördüyü işlərlə bağlı A R A Y I şI daxil olub.
Arayışı olduğu kimi təqdim edirik:
Hava Limanı yolunda görülən işlər:
- yolun orta hissəsindəki gecə işıqlandırılması dirəyinin oturacaq hissəsinin 4 m2 qraniti yenisi ilə əvəz edilmişdir;
- yolun iki hissəyə bölünən orta hissəsindəki işıq dirəyinin avtoqəza nəticəsində dağılmış oturacağın 3 m2 hissəsi təmir edilmişdir;
- Bələdiyyənin yaşıllıq ərazisində təmizlik işləri görülmüş, 15 ədəd ağac və 50 ədəd gül kolları əkilmişdir;
- yolun kənarındakı sədlərə vurulmuş 6 m2 aqlay avtoqəza nəticəsində dağıldığı üçün yeni aqlay vurulmuşdur;
- yolun orta hissəsindəki işıq dirəyinin avtoqəza nəticəsində dağılmış 3 m2 oturacaq hissəsi yenisi ilə əvəz edilmişdir;
- yolun kənarına çəkilmiş səddin sıradan çıxmış 10 m2 aqlay yenisi ilə əvəz edilmişdir;
- Bələdiyyənin yaşıllıq ərazisində 15 ədəd çala qazılıb və 15 ədəd şam ağacı əkilmişdir;
- qırılmış aqlayların vurulması işi tamamlanmışdır;
- Avtovağzalın hava şəraiti nəticəsində dağılmış 8 m2 aqlayı yenidən bərpa edilmişdir:
- “Gəncə” sözü yazılmış postamentin avtoqəza nəticəsində dağılmış 8 m2 aqlayı bərpa edilmişdir;
- yeni şəmkir avtovağzalının qarşısında işıq dirəyinin oturacağının 6 m2 qraniti bərpa edilmişdir;
- yolun kənarına çəkilmiş səddin üzərindəki tökülmüş 17 m2 aqlay bərpa edilmişdir;
- 4 ədəd işıq dirəyinin oturacağının 14 m2 qraniti bərpa edilmişdir;
- səddin üzərindəki 10 m2 aqlay yenidən bərpa edilmişdir;
- avtoqəza nəticəsində sıradan çıxmış 12 metr bordyurlar yenisi ilə əvəz edilmişdir;
- avtoqəza nəticəsində sıradan çıxmış 8 m2 qranit bərpa edilmişdir;
- Bələdiyyənin yaşıllıq ərazisində yerləşən 20 m su borusu sahəsinin yenilənməsi işi ilə məşğul olunmuşdur;
- işıq dirəyinin sıradan çıxmış 4 m2 qraniti bərpa edilmişdir;
- 2600 ədəd geran gülü əkilmişdir.
- istiqlal meydanında iməclik və təmizlik işləri görülmüşdür;
- dayanacaqlara vurulmuş qanunsuz reklam kağızlarının təmizlənməsi işi görülmüşdür;
- Zabitlər Evinin yanında üç ticarət obyektinin sökülməsində köməklik göstərilmişdir;
- yolun kənarındakı işıq dirəyinin dağılmış 3 m2 oturacaq hissəsi yenidən bərpa edilmişdir;
- 3-cü döngədə yolun çökmüş asfalt hissəsi balansla doldurulmuş və bərpa edilmişdir:
- şəhər kitabxanasının qarşısı buz örtüyündən təmizlənmiş və dağılmış 10 m2 pilləkən bərpa edilmişdir;
- 4000 ədəd primula və petunya gülləri əkilmişdir;
- səkinin çökmüş 15 m2 tamet daşları yenisi ilə əvəz edilmişdir;
- 200 ədəd akasiya ağacına dərman vurulmuşdur;