Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı dəstəyi və təşkilatın regional kordinatoru Fariz Qarayev iştirakıyla Rayon inkişaf planlarının hazırlanması mərhələlərinin idarə edilməsinə yerli mütəxəsisləri cəlb etmək məqsədi ilə təlimçilər üçün təlim təşkil edilmişdir.
Təlimin müddəti 12 gündür.
Fariz Qarayevin Belediyye.info verdiyi məlumata görə, tərəfdaşlar deyəndə rayonda olan müəssisə, təşkilatlar, bələdiyyə və icra hakimiyyəti orqanları nəzərdə tutulur.
Onun sözlərinə görə, təlimin iştirakçıları iqtisadiyyat nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələridir. Təlimlər Avropa ittifaqı tərəfindən maliyyələşdirilən , Almaniya Beynəlxalq əməkdaşlıq təşkilatı tərəfindən həyata keçirilən "Gəncə Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək layihəsi" çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, GiZ-Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının dəstəyi ilə Azərbaycanda ilk dəfə 3 pilot rayonda Gədəbəy, Tovuz və Daşkəsən rayonlarında Rayon inkişaf Planları hazırlanacaq və planının hazırlanması 2 mərhələyə bölünəcəkdir.
Birinci mərhələdə rayonun diaqnostikası-burada rayona aid sosial iqtisadi və ətraf mühit məsələləri rayon icra hakimiyyətinin müvafiq qrumları və rayonda yerləşən digər qurumların iştirakı ilə müzakirə edilməsi nəzərdə tutulub.
ikinici mərhələdə isə rayona dair mərkəzləşmiş məlumat sistemi yaradılacaq ki, bu da rayon icra hakimiyyəti tərəfindən müxtəlif məqsədlərlə istifadə edilməsi gözlənilir.
Nəticə etibariylə əldə edilən məlumatlardan istifadə edərək rayon icra hakimiyyətinin və digər 25-30 yaxın digər qurumların iştirakı ilə “Rayonun inkişaf planı” hazırlanacaqdır.
Fariz Qarayevin sözlərinə görə, regional inkişafa dəstək vermək məqsədiylə ilk dəfə olaraq bələdiyyələrin yerli inkişaf planı rayon inkişaf planına inteqrasiya ediləcəkdir.
Belediyye.info