Goranboy bələdiyyəsi Goranboy RiH-in təşəbbüsü ilə Rayon icra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində izahat işləri davam etdirir. Bu barədə məlumatı Goranboy bələdiyyəsi yayıb.
Keçirilən reyd-izahat işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.
Rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha sakinlərin diqqətinə çatdırılıb.
Belediyye.info
|
|
|
|
|
|
|