sorğu
Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, idarəetmədən çıxan "Mercedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb. Məlumatda ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bununla bağlı Belediyye.infonun əldə etdiyi məlumata görə, qəza zamanı dünyasını dəyişən Goranboy RiH Bşaçısının Bağçakürd kəndi üzrə icra nümayəndəsi olub.
Belediyye.info