"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gördüyümüz işi təbliğ edək, lakin ...

--2020-04-12 / 11:50

Dünən gün ərzində oxuduğum və eşitdiyim təxminən eyni bir fikir məni bu qeydimi yazmağa bir növ vadar etdi.

Demək, birinci fikir ədliyyə Nazirliyi 1600 tənha yaşlıya ərzaq yardımı paylaması ilə bağlı idisə, ikinicisi mənim üçün əziz bir insanın, özüylə böyük bir Ağdam yükü daşımağı bacaran Elməddin Səfərovun, onun təşəbbüsü ilə olan dünən ki söhbət zamanı işlətdiyi söz idi: “demək çirkinlikdi vallah, Vüqar müəllim, hazırda dostların köməyi sayəsində onlarca imkansıza ərzaq paylayıb gəlirəm. Heç nə birinin adını yazdım, nə çəkiliş etdim, nədəki şəkil çəkidirdim. ALLAHIM ÖZÜ HəR ADDIMIMIZI ÖNSUZDA ÇəKiR.

Hər iki məqamda bir təvazökarlığın olması, bir ailcənablığın olması açıq aydın hiss olunur. ədliyyə Nazilriyi bu addımını çox aqlışlayıram, ona görə yox ki, ərzaq bağlamalarını paylayıb, özü də kifayət qədər çoxlu sayda, ona görə ki, paylaşdığı ərzağın çəklişini paylaşmayıb. Sözsüz ki, özləri üçün, tarix üçün ediblər. Lakin o çəkilişi ictimailəşdirməkdən vaz keçiblər. O cümlədən bu gün 70 yaşını qeyd edən ağsaqqalım Nizami Sadıqovun böyük ağdamlı kriteriyasına cavab verən Elməddin Səfərovun bu addımı həqiqətən alqışa layiqdir. Və onu işlətdiyi “Allahım özü hər addımımızı önsuzda çəkir” fikir elə bil ürəyimə sarı yağ kimi yayıldı. Elə mənimdə bir ağdamlı olaraq, bir Azərbaycanlı olaraq istəyim budur. Gördüyümüz işi təbliğ edək, lakin müəyyən meyarları qorumaq şərtiylə. Daha küyə düşməklə yox.

Bəli, elədiyimiz, atdığımız addımlar barədə ictimaiyyəti məlumatlandırmağa borcluyuq. Lakin elə məlumat var ki, onun paylaşılmasından diqqətli olsaq yaxşıdır. Bir ərzaq bağlamasını bir nəfər alar, bir nəfərdə verər, lakin on nəfər evə gedib ərzağı verirsə, demək qarşımızadakı şəxsi on dəfə kiçiltmiş oluruq. Gəlin etiraf edək ki, bu həqiqətən belədir...

Bizdə sayt təsisçisi olaraq həm saytda, həmdə sosal media da bu mövzuda paylaşımlar edirik. Lakin əsas məqsədimiz o baglamaları təqdim edən dostlarımızın, həm də müraicətini həmin şəxslərə çatdırmaqla digərlərini bu cür addım atmağa və maarifləndirməyə səsləməkdir.

Odur ki, hər addımımızda diqqətli olsaq yaxşıdır.

Yeri gəlmişkən bir məqamı da əlavə edim ki, gəlin hazırda vəzifədə olan məmurları yersiz tərifləməklə dağ başına çıxarmayaq. Məmurların əsas vəzifəsi məhz elə xalqa xidmət etməkdir. Ölkə başçısı da bunu dəfələrlə deyib. Məmurun qiymətini vəzifədən gedəndə sonra xalq özü verir. Odur ki, dostlar hansısa nazirə, komitə sədrinə, icra başçısına və ya ən azı bələdiyyə sədrinə qiyməti verməkdə tələsməyin. Hər kəsin qiyməti biz istəsək-istəməsəkdə vəzifədən gedəndə sonra verilir. Gəlin zamanı qabaqlamayaq. Hər addımın qiymətini zaman özü verir. Necə ki indiyədək verib...

Vüqar Tofiqli

 

ŞƏRHLƏR