“Bu il yanvar ayından başlayaraq bələdiyyələrə ödənilən əmlak və torpaq vergisi yeni qaydalar çərçivəsində toplanmağa başlayıb”. Bu fikirləri Belediyye.info saytına açıqlamasında Cəlilabad bələdiyyəsinin sədri ilham əliyev deyib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq əhali arasında maarifləndirmə işləri həyata keçirmişik: “Vətəndaşlara izah edirik ki, bu ödənişləri bank və poçt vasitəsilə həyata keçirməlidirlər. Onlar da özlərinə yaxın poçt və bank filiallarından bu ödənişləri həyata keçirir. Artıq əvvəlki kimi bələdiyyə çekləri ilə vergi qəbulu dayandırılıb. Onu deyim ki, əmlak və torpaq vergisi ilə bağlı yenidən hesablanmalar həyata keçirilir. Bu proses başa çatdırılanadək müəyyən problemlər özünü göstərir. Yəqin ki, yaxın günlərdə bunlar da qaydasına düşəcək”.
i.əliyev deyib ki, Cəlilabad bələdiyyəsinin əmlak və torpaq vergisindən başqa əlavə gəlir mənbəyi yoxdur: “Amma gələcək üçün müəyyən planlarımız var. Belə ki, bələdiyyənin təsərrüfat torpaqlar var ki, biz gələcəkdə həmin torpaqlarda çiyələk, kartof əkib-becərmək niyyətindəyik. Bununla da bələdiyyənin gəliri arta bilər. Hazırda həmin torpaqları vətəndaşlara 6-7 aylıq taxıl əkmək üçün icarəyə vermişik və bu da elə bir fayda gətirmədi. Düşünürük ki, bu torpaqları özümüz istifadə edək”.
Bələdiyyə sədri deyib ki, rayon icra hakimiyyəti ilə qarşılıq şəkildə əməkdaşlıq edilir: “Bu günlərdə Prezident ilham əliyevin Cəlilabada səfər etmişdir. Burada xeyli sayda obyektlərin açılışı oldu. Bələdiyyə olaraq, icra hakimiyyəti ilə birgə biz də bu tədbirlərdə iştirak etdik. Onu da qeyd edim ki, rayonda görülən işlərdə bizim bələdiyyələrin böyük payı var”.
Bəxtiyar Məmmədli