"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Görülən işlərlə yаnаşı həllini gözləyən prоblеmlərimiz də vаr-BəLəDiYYə SəDRi YAZIR

--2017-03-30 / 04:26

Ümummilli Lidеrimiz Hеydər əliyеvin siyаsi kursunun bаcаrıqlı vаrisi, оnu məhаrətlə inkişÐ°f еtdirən möhtərəm Prеzidеntimiz Ilhаm əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişÐ°fınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır, bələdiyyələr gündən-günə inkişÐ°f еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərirlər.

Hörmətli ismayıllı rayonu icra hakimiyyətinin başçısı professor, əməkdar Elm Xadimi, Mirdaməd Sadıqov ismayıllı rayonunda apardığı abadlıq-quruculuq işləri göz qabağındadır. Rayonumuzda hətta ən xırda kəndlərdə belə abadlıq işləri aparılmış, əhalinin yaşam səviyyəsi yaxşılaşmışdır.

Lahıc bələdiyyəsi cari ildə qarşısına qoymuş tapşırıqlarına demək olar ki, nail olmuşdur. “Bazar meydanı” adlanan ərazinin kanalizasiya sisteminin yenidən qurulmuşdur. Eyni zamanda həmin ərazinin daş döşəməsi köhnə üsulla tikilib başa çatdırılmışdır. 

Eyni zamanda “Bazar meydanı” adlanan ərazidə yerləşən köhnə bazarın təmiri başa çatdırılmışdır. Qeyd etmək istəyirəm ki, Girdiman çayı boyu axıdılan kanalizasiya xətləri bərpa edilmiş və ekoloji cəhətdən bütün çatışmamazlıqlar aradan qaldırılmışdır. Lahıc qəsəbəsinin girəcəyində 2000 ağacın və 150 gül kollarının əkilməşdir. Bələdiyyə ərazisindən zibilin daşınması daima diqqət mərkəzində saxlanılmış və bələdiyyə tərəfindən hər il olduğu kimi yenə də zibil qabları alınmışdır. Bələdiyyə ərazisində olan 5 qəbristanlıqda təmizlik və abadlıq işlərinin aparılması təşkil edilmişdir. 2016-cı ildə iki misgər tükanının tikintisi üçün torpaq sahəsinin ayrılması və dəmirçilik sənətinin inkişafı üçün emalatxana tikintisi üçün torpaq sahəsinin ayrılması yerinə yetirilmişdir.

Lahıc qəsəbəsinin mərkəzi meydanında tikilən “icma bazarının” sənədləşmə işləri və torpaq sahəsinin sənədləşməsi və eyni zamanda tikintinin sənədlərinin hazırlanması işlərinə bələdiyyə tərəfindən dəstək göstərilmişdir. Qeyd etmək istəyirəm ki, burda artıq son tamamlama işləri qalmışdır və 2017-ci ildə binanın açılışı nəzərdə tutulmuşdur.

Lahıc qəsəbəsində misgərliyin inkişafı üçün “Misgərlik maddi mədəni irsimizdir!” layihəsi  gənclər fondu və bələdiyyə tərəfindən həyata keçirilmişdir. Eyni zamanda “Ailə Biznesinə Asan Dəstək” xətti ilə bələdiyyənin təşkilatçılığı ilə 25 ailə ilə sənətçarlıq və yerli şirniyyat məhsullarının istehaslı, bazara çıxarılması ilə əlaqədar müqavilə bağlanmışdır. Hal-hazırda bu istiqamətdə iş davam etdirilir.

"Multikulturalizm ili" nə həsr olunmuş Lahıc qəsəbəsində Asan könüllülərin  "Həmrəylik düşərgəsi" layihəsi yüksək səviyyədə yerinə yetirilmişdir. ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional inkişaf” ictimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin əhali Fondunun təşkilati dəstəyi və Lahıc bələdiyyəsinin təşkilatçılığı ilə 20-25 iyul tarixlərində Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi ilə yadda qaldı. Düşərgənin açılış mərasimində ismayıllı rayon icra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri inam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor ilham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Vaqif əliyev, eyni zamanda “Həmrəylik Düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından Azercellin prezidenti Vahid Mürsəliyev çıxış edəcəkdir.

Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə dəstək veriblər :

PAşA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, ATL Group, SHARP, AZ CAKE, Səba, Procter & Gamble, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.                                                                           

Qeyd etmək istəyirəm ki, bu layihə nəticəsində 3 ekoloji layihə həyata keçirilmişdir. Bu Girdiman çayı boyu təmizliyin aparılması. Lahıc qəsəbəsi ətrafında erroziyaya uğramış sahələrin təyin edilməsi və  bələdiyyə ərazisində bitən nadir bitkilərin təyini və onların qorunması istiqamətində görülən tədbirlər. Çox böyük çətinliklərə baxmayaraq biz bu layihəni uğurla başa çatdırdıq. Layihə nəticəsində Qarabağ şəhidləri ailələrinə, qarabağ əllilərinə, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobl əllilərinə və əfqanıstan veteranlarına hədiyyələrin verilməsi və onlarla görüşün təşkili yerinə yetirilmişdir. Adları qeyd edilən hər bir vətəndaşa qiymətli hədiyyələr təqdim edilmişdir. Hədiyyələri Bakı şəhərindən gəlmiş Milli Qəhrəmanlarımız və vəzifəli şəxslərimiz təqdim etmişlər. Layihənin istiqamətlərindən biri olan Lahıc qəsəbəsinin mərkəzi küçəsində (N. Hüseynov küçəsi) və ağolu məhəlləsində küçə boyu yerləşən qapıların laklanması olmuşdur. Asan könüllülərin iştirakı ilə bu tapşırıq uğurla yerinə yetirilmişdir. Layihə nəticəsində Lahıc qəsəbə tam orta məktəbinin tam təmiri üçün rəng materialı verilmişdir. Lahıc Tarix - Mədəniyyət qoruğunun binası, Lahıc qəsəbə Muzeyinin binası tam təmir edilmişdir. Mən qeyd etmək istəyirəm ki, layihə bitməmişdir 2017-ci ildə biz bu layihəni bələdiyyə ərazisində davam etməsinə nail olacağıq.

145 nəfər imkansız məktəbli şagirdlərə məktəbli ləvazimatı və məktəbli formasının verilməsi bələdiyyənin apardığı layihə tərəfindən təşkil edilmişdir. Bu istiqamətdə bələdiyyə “Asan məktubla” , Azərbaycan Avtomobil Federasiyası, AXA MBASK sığorta şirkəti ilə, Azər Türk bankla  Bakcell şirkəti bircə layihə həyata keçirmişdir.

Lahıc bələdiyyəsi  Sağlam Ailə klinikası ilə müqavilə bağlamış bir gün müddətində klinikanın həkim heyyəti Lahic qəsəbə xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmişlər.

Eyni zamanda bələdiyyə sədri GiZ təşkilatının xətti ilə Avstriya dövlətində ekologiyanın qorunması, yaylaq və otlaqların erroziyası məsələləri üzrə beynəlxalq layihədə iştirak etmişdir.

Kənd təsərrüfatının inkişafı istiqamətində Bələdiyyə tərəfindən fermerlərə dəstək göstərilmiş, onıarın bütün çətinlikləri aradan qaldırılmışdır.

Lahıc qəsəbəsinə və ərəgit kəndinə gələn mərkəzi su xətlərinə baxış keçirilmiş, Lahıca gələn su xətti bərpa edilmişdir. əhalinin içməli su ilə təminatı il ərzində yüksək şəkildə yerinə yetirilmişdir.

Lahıc Bələdiyyəsi qеyri-hökumət təşkilаtlаrı və ictimai birliklərlə daim əməkdаşlığ edir. Belə ki, Lahıca turistlərin daşınması, onların yerli adət-ənənələr sahəsində təlimatlandırılması sahəsində hərtərəfli iş aparılmışdır. Bu təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, onların Lahıc qəsəbəsində turizmin inkişafı və yerli əhaliyə gəlirgətirən sahələrin inkişafı istiqamətində işlərin aparılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə bələdiyyə ərazisində 4 layihə hətyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Lahıc bələdiyyəsi rayonun bütün mədəni tədbirlərində il ərzində iştirak etmişdir. Lahıcın qədim tarixi məkan olmasını nəzərə alaraq bura gələn turistlərə mədəni xidmətin göstərilməsi və mədəni –kütləvi tədbirlərin təşkilində bələdiyyə 10 yaxın layihə həyata keçirmişdir. Belə ki, açıq səma altında teatırların və konsertlərin təşkili bu mədəni kütləvi tədbirlədən olmuşdur.

Qəbristanliqlarda iməcilik keçirilmiş, təmiz saxlanması və qorunması təmin olunmuşdur.

Bazar meydanında elektrik xəttinin bərpası üçün dirəklər daşınmış və yerləşdirilmişdir.

Bələdiyyə demək olar ki, ərazidə olan zəbt torpaqların həlli məsələsini yerinə yetirmişdir. Bu istiqamətdə Daşınmaz əmlak Komitəsindəın mütəxəsislər dəvət olunmuş, elektron xəritənin işlənməsi yerinə yetirilmişdir. Butun əhalinin istifadəsində və mülkiyyətində olan torpaq sahələri müəyyən olunmuşdur. Örüş və otlaq sahələrinin dəqiq xəritəsinin işlənməsi və yerinə yetirilməsi ilə əlaqədar olaraq bələdiyyə ərazisində işçi qrup fəaliyyət göstərmişdir. Bələdiyyə ərazisində erroziyaya uğrayan torpaqlar təyin olunmuş və Almaniyanın GiZ təşkilatı ilə 2017-ci ildə müştərək işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Xüsusi olaraq xeyriyyə işlərinin görülməsində Lahıc qəsəbəsi və ərəgit kəndinin birləşməsində “Xeyir və şər evi”nin tikintisi başa çatmış və onun açılış mərasimi həyata keçirilmişdir. Açılış mərasimində Hörmətli Mirdaməd müəllim iştirak etmişdir. Bu istiqamətdə aparılmış xeyriyyə işlərdən biri də Lahıc qəsəbəsi ilə ərəgit kəndinin arasında qoyulmuş körpünün davamı olaraq “Bədöyun qəbristanlığı” adlanan ərazidə bərpa işləri davam etdirilmişdir. Belə ki, qəbristanlığın 50  metr küçə ilə həmsərhəd olan divarı köhnə üsulla təzədən hörülmüş. Eyni zamanda orta hesabla 500 m2 ərazı köhnə üsulla daş döşənmişdir.

Bütün bu görülmüş işlərin nəticəsi olaraq ismayıllı icra Hakimiyyəti tərəfindən Lahıc Bələdiyyəsinə fəxri fərman təqdim edilmişdir.

Görülən işlərlə yаnаşı həllini gözləyən prоblеmlərimiz də vаrdır. əminik ki, 2016-ci ili uğurlа bаşÐ° vurаn Rеspublikаmız, еləcə də rаyоnumuz 2017-cı ildə də böyük nаliyyətlər əldə еdəcəkdir. Bizdən isə tələb оlunur ki, Prеzidеntimiz Ilhаm əliyеvin Rеspublikаmızın, еləcə də qəsəbəmizin dаhа dа inkişÐ°fı, хаlqımızın dаhа yахşı yаşÐ°mаsı ilə əlаqədаr qаrşımızа qоyduğu vəzifələrin yеrinə yеtirilməsi üçün məsuliyyətimizi və çеvikliyimizi аrtırаrаq, bütün imkаnlаrımızı səfərbər еdək və vаr qüvvəmizlə çаlışÐ°q.

                                                                                                                Rövşən əliyev

                             ismayıllı rayon Lahıc bələdiyyəsinin sədri 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR