"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Görülmüş tədbirlərin və aparılmış qanunamüvafiq izahatların nəticəsi olaraq...

--2020-02-03 / 03:43

“Bələdiyyələrin stasusu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən Bələdiyyə üzvlərinin gördüyü işlər barədə öz seçicilərinə hesabat verməsi il ərzində 2 dəfə olmaqla 6 aydan bir həyata keçirilir. ərazisində 42015 nəfər seçicisi yaşayan şirvan Bələdiyyəsinin bu günki təbdirinə isə 2019-cu ilin yekunları ilə bağlı Bələdiyyənin il ərzində gördüyü işlər, həyata keçirdiyi yerli əhəmiyyətli sosialyönlü layihələr, yerli büdcənin dövriyyəsi və Bələdiyyə mülkiyyətinin istifadəsi haqqinda seçicilərimizə hesabat verilməsi məqsədilə toplaşmışıq.

Bildirirəm ki, şirvan Bələdiyyəsi öz fəaliyyətini Bələdiyyələr haqqinda qanunla, qanunvericilik və hüquqi normativ aktlara istinad edərək həyata keçirilir “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunla dəyişiklik edilməsi barədə 25 Oktyabr 2011-ci il tarixli 216-IV QD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən hər növbəti ilin Yanvar ayınında Bələdiyyə yekunlaşmış il ərzində öz fəaliyyəti, gördüyü işlər, maliyyə vəsaitlərinin və Bələdiyyə əmlakının istifadəsi haqqında öz seçicilərinə hesabat verir. Qanunda edilmiş dəyişikliklər və əlavələr maliyyə intizamının, qanunçuluqun mökəmləndirilməsinə xidmət edir və Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması məqsədi daşıyir. Onların hər birinin yerli özünü idarəetmə orqanı tərəfindən düzgün tətbiq edilməsi zəruridir.

Bildiyimiş kimi 17 üzvü olan şirvan Bələdiyyəsində hər birinə 4 (Dörd) Bələdiyyə üzvü olmaqla 5 (Beş) daimi komissiya fəaliyyət göstərir. Bunlar yerli büdcə, yerli sosial inkişaf, yerli ekologiya, yerli iqtisadi inkişaf və hüquq məsələləri daimi komisiyalardır. Bundan əlavə Bələdiyyəmizin nəzərində şəhərimizin yaşayış massivləri üzrə seçilmiş 18 məhəllə komitələri də fəaliyyət göstərir. Sədrləri bu günkü tədbirdə iştirak edən məhəllə komitələrinə əhali öz aralarında yaşayan nifuzlu, savadlı və Bələdiyyəyə əsl mənada köməklik göstərən işgüzar vətəndaşları seçmişdir.

şirvan Bələdiyyəsinin 2019-cu il ərzində keçirdiyi 21 iclasında 121 məsələ müzakirə olunmuşdur. Bu məsələlərdən 3-ü hüquq məsələsi, 36-i büdcə məsələləri, 78-i iqtisadi-inkişaf məsələləri 4-ü yerli ekologiya olaraq baxılması üçün Bələdiyyə iclasına çıxarılmışdır.

2019-ci il ərzində vətəndaşlardan daxil olmuş müraciət, ərizə və şikayətlərin sayı 164 olmuşdur. Bunlardan 139 ərizəyə baxılaraq müvafuiq tədbir görülmüş, 25 ərizə isə nəzarətdə saxlanılmışdır. şirvan Bələdiyyəsinə daxil olmuş xidməti sənədlərin sayı 235 olmuşdur. Maddi yardım və material köməkliyi ilə bağlı 32 ərizə daxil olmuş və bu ərizələrə Bələdiyyə iclaslarında baxılaraq vətəndaşlara müvafiq köməkliklər olunmuşdur.!

Bugünkü hesabatla əlaqədar mən 2019-ci il ərzində Yerli Büdcənin maliyyə vəsaitlərinin dövriyyəsi iılə əlaqədar məlumatı da nəzərinizə çatdırmaq istəyirəm. Bildiyimiz kimi Bələdiyyənin yerli büdcəsinə daxilolmalar aşağıdakı sahələrdən formalaşır.

  1. Vergilərdən daxilolmalar.

Bunlara aiddir: Torpaq vergisi, əmlak vergisi, spesifik xidmətlərə görə yəni reklam yayımı üçün ödəniş, mehmanxana, dayanacaq rüsumu

  1. Torpağın icarə haqqları üzrə ödənişlər.
  2. Torpağın satışından daxilolmalar.
  3. Dövlət büdcəsindən alınan dotasiya.

2019-ci il üçün Büdcəyə daxilolmalar 280000 manat proqnozlaşdırılsada faktiki icra 147231,79 manat olmuşdur.

Qeyd edirəm ki, Yerli Büdcənin bu vəziyyətdə icra olunmasının obyektiv və subyektiv səbəbləri mövcuddur. Bunların aradan qaldırılması üçün Bələdiiyə üzvləri, Bələdiyyənin icra aparatı, “Maliyyə və Vergilər” şöbəsinin əməkdaşları daimi yerlərdə vergi ödəyiciləri ilə maarifləndirmə işləri aparmalı və bu səhədə onları maraqlandıran suallara ətraflı və qanunamüvafiq cavablar verməlidir. Nəzərinizə çatdiriram ki, “Avtomatlaşdırılmış məlumat sistemi”-nə dair proqramı Bələdiyyə ərazisində yaşayan və fəaliyyət göstərən vergi ödəyicilərinin dəqiq uşotunun elektron formada yaradılmasına köməklik etmişdir. Hazırda Bələdiyyənin kompyuter və informasiya bazasında mərkəzi ucot sisteminə 1753 nəfərə qədər vergi ödəyicilərimizin dəqiq məlumatı göndərilmiş və bu iş bu gün də tərəfimizdən davamlı olaraq aparılır.

2019-cu ildə şəhərin şəhidlər xiyabanında arxa qabaq hasar, günbəz, kürsü və su hovuzu və bardyurlar köhnə rəndgən təmizlənərək yenidən emulsiya ilə rənglənmiş, qopmuş qranitlər yapışdırılmış 3 şəhidin baş daşı 4 sinə daşları yenisi ilə əvəz olunmuşdur.

Bələdiyyənin yaşıllıq sahəsindən şümlama işləri aparılmış, su kanalları təmizlənmiş və ağaclara aqrotexniki qulluq göstərilir.

şəhərin X.Məmmədov küçəsində və ş.i.Xətai küçəsində təmir işləri aparılmışdır. şəhərin 1 May küçəsində tikilmiş modul tiplu məktəbin qarşısına qravil tokülərək yayılmışdır.

şəhər sakinlərinə 1750 manat maddi köməklik olunmuşdir.

şəhid atası əhmədov Sultan imanqulu oğlunun məzarının üstü götürülmüş baş və sinə daşı qoyulmuşdur.

şəhərin M.ə.Rəsulzadə 17, 17/1, 17/2, saylı, T.ismayılov küçəsi 2, 5, 11A, 15 saylı 20 Yanvar küçəsi 9 saylı, L-nt ibrahimov küçəsi 14 saylı binaların qarşısındakı məhəllələrdə abadlıq və təmir işləri görülmüşdür.

F.Eynullayev küçəsindəki dəmir yolu üzərindən keçən piyada keçidləri təmir edilərək təmizlənib rənglənmişdir. (N.Nərimanov küçəsi ilə 20 Yanvar küçəsi arasındakı)

şəhərin əcəmi küçəsi ev 48 ünvanında yaşayan Qarabağ müharibəsi ikinci qrup əlili Ağayev Emin Nəriman oğluna 60 kv.m tamet, bir maşın ağ qum köməklik edilmişdir.

şəhərin S.Zeynalov küşəsi 3 saylı binanın qarşısında tikilən xeyir şər yerində işlər davam etdirilir.

F.Eynullayev küçəsində səkidə və səkinin kənarındakı bardiyorlarında təmir işləri tamamlandırılmışdır.

şəhərin şəhidlər xiyabanının çöl hasarında cari təmir içləri aparılmışdır.

şəhərin müxtəlif torpaq əsaslı küçələrinə kərpic qırqları daşınaraq tökülərək yayılmışdır.

Mən bu günki tədbirdə bizim üçün ən əsas məsələlərdən biri haqqında da məlumat vermək istəyirəm. Bildirirəm ki, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrinin zəbt olunması, bu ərazilərdə qanunsuz tikililər və tikinti işlərinin aparılmasının qarşısının alınması, Torpaqlardan düzgün və təyinatına uyğun istifadə olunması daima diqqət mərkəzimizdədir.

2019-cu ilin birinci yarım ilində Bayramlı qəsəbəsində Bələdiyyə mülkiyyətinə məxsus torpaqların inventarizasiyası zamanı 5 sakinin Bələdiyyə torpağından qeyri-qanuni istifadə etdiyi müəyyənləşdirilmiş, onlara xəbərdarlıq edilərək rəsmi bildirişlər təqdim olunmuş, 7 sakinin isə torpağın zəbt olunması ilə bağlı cəhdinin qarşısı alınaraq dəmir torla çəpərlənmiş ərazinin təmizlənib əvvəlki vəziyyətinə bərpa edilməsi işləri görülmüşdür. şəhərin M.Mirzəyev küçəsində isə qeyri qanuni zəbt olunmuş əskərov əkbər əlmusa oğluna məxsus ev məhkəmə qərarı ilə sökülmüşdür. Dadaşova Yəmən Maşalla qızına məxsus qeyri yaşayış obyektinin sökülməsi digər məhkəmə inistansiyasındadır.

Daşınmaz əmlak Komitəsi yanında Dövlət Reyestri xidmətinin ərazi idarəsinin mülkiyyət hüquqlarının qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdə Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki istifadə edən 18 (on səkkiz) şəhər sakini müəyyənləşdirilmiş onlara qanunvericiliyin tələblərinə müvafiq maarifləndirmə işləri aparılmış, 25 (iyirmi beş) şəhər sakininə isə sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir.

Görülmüş tədbirlərin və aparılmış qanunamüvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan, lakin Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim edtməyə başlamışlar.

Qeyd edirəm ki, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq, rüblük və illik hesabatlar o cümlədən Bələdiyyənin ehtiyyat fondu, perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təsərüfatlna az yararlı və yararsız torpaqlar, özgəninkiləşdirilmiş və icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətinin özündə əks etdirən cədvəl formaları (S-80; S-35) hazirlanaraq torpaqların elektron uçotu sisteminə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanina təqdim olunmuşdur.

Bələdiyyə mülkiyyətində olan, torpaq ehtiyatlarından düzgün və təyinatına uyğun istifadə edilməsi. Torpaq sahələrinin münbitliyinin, ekoloji şəraitinin yaxşılaşdırılması, onlar zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi, bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanması üçün daimi reydlər keçirilir və şəhər əhalisi arasında marifləndirmə işləri aparılır.

şirvan Bələdiyyəsi 2020-ci ildə qeyd etdiyim problemlerin tam həllinə və sizlərlə birlikdə yeni-yeni sosialyönlü layihələrin icrasına nail olacaqdır.

 

K.B.Muradov

şirvan Bələdiyyəsinin sədri

(şirvan şəhər şirvan bələdiyyəsi tərəfindən 01 Yanvar 2019-cu il, 31 Dekabr 2019-cu il tarixli ərzində görülmüş işlər, o cümlədən Yerli Büdcənin dövriyyəsi və Bələdiyyə mülkiyyətinin istifadəsi haqqında Bələdiyyə sədri Muradov Kürdoğlu Barat oğlunun hesabatı)

 

 

                                                           

ŞƏRHLƏR