Mən bu gün doğma Azərbaycanımızı möhtəşəm dağa bənzədirəm. Zaman kəsiyində müstəqillik yasımız o qədər çox olmasa belə ölkəmiz son 20-25 ilə daha sürətlə inkishaf edib.
ən əsas Azərbaycanımızda sabitlik təmin olunub. Bunlar Ulu öndər Heydər əliyevin və onun layiqli davamcısı ilham əliyevin gərgin əməyi, uzaqgörən siyasətinin nəticəsidir.
Təəssuf olsun ki, uğurlarımıza gölgə salmaq istəyən xarici düşmənlər daxildə də özlərinə havadarlar taparaq bu əmin - amanlığı, sabitliyi bizdən almaq istəyirlər.
Amma unudurlar ki, bunun qarşısı qətiyyətlə alınacaq. Həmdə gəncəlilər heç vaxt təxribatçıların ardı ilə getməzlər.
Bir neçə gün öncəsi bir qrup radikal şəxs Gəncənin mərkəzi meydanında qanunsuz aksiya keçirməyə cəhd göstərmişdir. Bu aksiyanın qarşısı alinarkən iki polis zabitimiz səhid olmuşdur.
Bu hadisə bizi hədsiz qəzəbləndirdi. Dövlətimiz qanun cərcivəsində qətiyyətlə addımlar atıb.
Biz dövlətimizi, dövlətçiliyimizi, müstəqilliyimizi qorumağa hazırıq.
Bir qrup araqarısdıran isə dərk etməlidir ki, xalqın qarsısında hec bir qüvvə dayana bilməz.
Biz ölkə prezidənti ilham əliyevə arxa-dayağıq. Onun hər hər bir qətiyyətlə addımını dəstəkləyirik.
Samirə Abışova
şirvan şəhər Hacı Qəhrəmanlı qəsəbə bələdiyyəsinin sədri
“işıq” qəzeti
1 avqust 2018-ci il