284 saylı tam orta məktəbdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun Biləcəri qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb
Məlumatda bildirilir ki, görüşdə icra başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Görüşü icra başçısı Xaləddin isgəndərov açaraq Prezident ilham əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Sonra bu ilin 11 ayı ərzində Biləcəri qəsəbəsindən daxil olan müraciətlər barədə Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur imanov və Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov məlumat veriblər.
Görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin qəsəbə ərazisindəki mövcud vəziyyət, bələdiyyə tərəfindən atılan addımlar və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verdiyi qeyd edilir.
Daha sonra çıxış edən qəsəbə sakinləri onları narahat edən məsələlər ətrafında fikir bildiriblər.
icra başçısı Xaləddin isgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıq və göstərişlərini verib.
Belediyye.info
|
|
|