"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Görüşdə infomasiya mübadiləsinin vacibliyi vurğulanıb

--2016-05-01 / 23:47

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və “Anadolu” Ajansının təşkilatçılığı, o cümlədən TiKA və Eyub Bələdiyyəsinin dəstəyi baş tutan  “Yerli özünüidarəetmə orqanlarının media ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə” həsr olunan təlim proqramı  çərçivəsində “Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqlinin  Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) baş katibi Fəxri Çolakla görüşü baş tutub.

Görüşdə birliyin baş katibi təşkilatın məqsəd və məramından  danışaraq Azərbaycanla əlaqələrə daim üstünlük verdiklərini  bildirib: “Bu gün təşkilatda həmsədrlik mövcuddur. Həmsədr kimi Azərbaycanı Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə layiqincə təmsil edir.”

Bu gün Azərbaycan bələdiyyə sistemində bir sıra məqamların öyrənilərək digər türk dövlətləri bələdiyyələrinə paylaşılmasına ehtiyac vardır.

Hazırda birliyimiz daha çox əməkdaşlıq əlaqələrinin qurulmasına və informasiya mübadiləsinin aparılmasına ehtiyac duyur.

 Görüşdə söz alan “Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli təlimlərin keçirilməsindən məmnun olduğunu bildirərək, qarşılıqlı əməkdaşlıq və informasiya   mübadiləsində həm Belediyye.info saytının, həmdə “Bələdiyyə həyatı” qəzetinin mühüm rolu vardır.

Bu gün Azərbaycan Qafqazda əsaslı söz sahibi olan ölkəyə çevrilib. Azərbaycan bələdiyyə sistemin ən ciddi və diqqətiçəkən problemi erməni işğalı altında olan ərazilərimizdə bələdiyyələrin formalaşdırılmamasıdır. Bu gün yurd yuvasından didərgin düşən bir milyon nəfər  ölkə vətəndaşı yerli özüüidarəetmə orqanına seçkilərdə iştirak edə bilmir. Ancaq sön günlər dövlət başçısı ilham əliyevın yürütdüyü siyasət tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyindən xəbər verir.

Görüşün sonunda hər iki tərəf əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və informasiya mübadiləsinin zəruriliyi vurğulanıb.

Belediyye.info

ŞƏRHLƏR