Göyçay icra Hakimiyyəti başçısı Mehdi Səlimzadənın sədrliyi ilə rayon ərazisində koronavirus infeksiyasının yayılması və qarşısının alınması məqsədilə qərargah üzvlərinin növbəti iclası keçirilib.
iclasda qeyd olundu ki, ölkədə koronavirus (COViD-19) infeksiyasının yayılmasının qarşısını alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi müddətində bir sıra tədbirlər həyata keçirir.
Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində dezinfeksiya tədbirlərinin gücləndirildiyi və hər gün maarifləndirmə, təbliğat işlərinin aparıldığı bildirildi.
Rayon icra Hakimiyyətinin başçısı şəhər ərazisində və kəndlərdə xüsusi qayğıya ehtiyac olan vətəndaşların qayğı ilə əhatə olunmaları və dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması ilə bağlı bir daha tapşırıqlar verdi.