"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay regional ədliyyə idarəsi Ağdaş məktəbliləri üçün seminar keçirib

--2018-10-23 / 14:48

Göyçay regional ədliyyə idarəsi, Ağdaş rayon icra hakimiyyəti və Ağdaş rayon təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında Ağdaş şəhər Səməd Vurğun adına tam orta məktəbdə həmin məktəbin, eləcədə Ağdaş şəhər Maqsud şeyxzadə adına tam orta məktəbin və Müşviq isayev adına tam orta məktəbin 11-ci sinif şagirdləri üçün idarənin əməkdaşları tərəfindən “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyi diqqətə çatdırılaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları, müasir dövrdə ədliyyə sahəsində aparılan islahatlar, eyni zamanda ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır..

                                                                         Göyçay Regional ədliyyə idarəsi

 

ŞƏRHLƏR