Belediyye.infoya Göyçay Regional ədliyyə idarəsindən daxil olan məlumata görə, Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Ağdaş rayonunun 26 bələdiyyəsinin 74 üzv və qulluqçularının iştirakı ilə Ağdaş rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar- müşavirələr keçirilmişdir.
Məlumatda bildirilir ki, seminarlarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info