Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Ağdaş rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 13.03.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə Ağdaş şəhərində seminar müşavirə keçirilmişdir. Bu barədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.
Seminarda “Yerli özünüidarəetmədə etik davranış, Bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, Bələdiyyə torpaqlarının mühafizəsi, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info