Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Ağsu rayonunun 31 bələdiyyəsinin 73 üzv və qulluqçularının iştirakı ilə 23.05.2017-ci il tarixdə Ağsu rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirə keçirilmişdir.
Bu barədə məlumat Göyçay Regional ədliyyə idarəsindən daxil olub.
Seminarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Belediyye.info