Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan ismayıllı rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 21.05.2019-cu il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə ismayıllı şəhərində seminar müşavirə keçirilmişdir.
Seminarda “Yerli özünüidarəetmədə etik davranış, Bələdiyyə qulluğuna qəbul prosesində şəffavlığın təmin edilməsi, Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması, Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı, Bələdiyyə torpaqlarının mühafizəsi, Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi, Qəbirstanlıqların saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri, Bələdiyyə müəssisələrinin yaradılması mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
Göyçay Regional ədliyyə idarəsi