"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi ismayıllı şəhərində seminar müşavirə keçiriib

--2018-10-25 / 13:08

Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan ismayıllı rayonunun bələdiyyələrinin üzv və qulluqçuları ilə 25.10.2018-ci il tarixdə bələdiyyələrin maarifləndirilməsi məqsədilə Göyçay regional ədliyyə idarəsinin əməkdaşlarının iştirakı ilə ismayıllı şəhərində seminar müşavirə keçirilmişdir. Bu barədə məlumatı Göyçay Regional ədliyyə idarəsi yayıb.

Seminarda “Yerliözünüidarəetmədə etik davranış”, “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, “Bələdiyyə aktlarının qəbulu və icrası,” “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi,” “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

 Belediyye.info

ŞƏRHLƏR