"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay regional ədliyyə idarəsi Kürdəmir bələdiyyələrini bir araya topladı

--2017-05-04 / 16:07

Göyçay regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Kürdəmir rayonunun 30  bələdiyyəsinin 75 üzv və qulluqçularının iştirakı ilə 03.05.2017-ci il tarixdə Kürdəmir rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirə keçirilmişdir.                                                                                   Göyçay regional ədliyyə idarəsinin yaydığı məlumatda bildirilir ki, seminarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Belediyye.info

ŞƏRHLƏR