"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay Regional ədliyyə idarəsi maariləndirmə kursu təşkil edib

--2018-11-15 / 05:25

Göyçay regional ədliyyə idarəsi, Göyçay rayon icra hakimiyyəti və Göyçay rayon təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında Göyçay rayon Ləkçıplaq kənd 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri üçün idarənin əməkdaşları və Göyçay rayon Qeydiyyat şöbəsinin rəisi tərəfindən “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda maarifləndirmə kursu keçirilmişdir.

Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyi diqqətə çatdırılaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə-hüquq islahatları, müasir dövrdə ədliyyə sahəsində aparılan islahatlar, eyni zamanda ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

                                                                     Göyçay Regional ədliyyə idarəsi

 

ŞƏRHLƏR