"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Göyçay regional ədliyyə idarəsi növbəti seminar keçirib

--2017-03-14 / 15:47

Belediyye.infoya daxil olan məlumata görə, Göyçay Regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan Zərdab rayonunun 27  bələdiyyəsinin 76 üzv və qulluqçularının iştirakı ilə 14.03.2017-ci il tarixdə Zərdab rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar müşavirələr keçirilib.

Seminarda “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, “Bələdiyyələrdə şəffavlığın artırılması və antikorrupsiya tədbirləri”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Yeli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş və seminar iştirakçılarının sualları cavablandırılıb.

Belediyye.info 

ŞƏRHLƏR